“Media haqqında” yeni qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə komitə və plenar iclaslarda müzakirəyə çıxarılacaq.
Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, qanun layihəsinin hazırlanması istiqamətində işlər artıq yekunlaşıb.