MEDİA-nın kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR

Bu gün Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüb.

Sabahinfo.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.