Media və Mülki Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əhaliyə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təşəbbüslər” layihəsi çərçivəvəsində 13 oktyabr 2022-ci il tarixdə Yardımlı rayon Heydər Əliyev Məkəzində və 14 oktyabr 2022-ci il tarixdə Masallı rayon MKS-də dəyirmi masa keçirib.
Hər iki tədbirdə Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, layihə rəhbəri Xanoğlan Əhmədov giriş sözü ilə çıxış edərək iştirakçılara layihə və onun məqsədləri haqqında məlumat verib. Təşkilat rəhbəri layihədə əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına, fiziki imkanları məhdud insanlara, şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğının artırılması, onlara pulsuz hüquqi yardım göstərilməsinin təşkilinin nəzərdə tutulduğunu qeyd edib.
Yardımlı və Masallı rayonlarında keçirilən dəyirmi masalarda hüquqşünas Mirəli Hüseynov mövzu ilə bağlı geniş məruzə edib. Məruzəçi iştirakçıların bütün suallarını cavablandırıb və mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb.