Medvedyev Obamanın cavabını verdi

Terror təhlükəsi ilə mübarizədə müttəfiqləri özünkü və özgələrə ayrımaq olmaz. 
 
Axar.az xəbər verir ki, bunu Rusiya baş naziri Dmitri Medvedyev ABŞ Prezidenti Barak Obamanın Suriya münaqişəsində Rusiyanın rolunu qiymətləndirərkən etdiyi çıxışa cavab olaraq deyib. 
 
"Bir vaxtlar ABŞ-ın Əl Qaidəni gücləndirmək üçün etdiyi yardım 11 sentyabr faciəsinə gətirib çıxardı. Bu dərslər onu göstərdi ki, terror təhlükəsilə mübarizədə ancaq ittifaq lazımdır, bu mübarizədə müttəfiqləri özünkü və özgəyə ayırmaq lazım deyil”, - Medvedyev bildirib. 
 
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama Rusiyanın Suriyada qüvvəsini "İraq Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı cəmləşdirməli olduğunu bəyan etmişdi.