Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.
Sabahinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda şikayət əsassız hesab olunub.
Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.