Tbilisi şəhər məhkəməsi Mixail Saakaşvilini külli miqdarda büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.
Qeyd olunub ki, onun indiyə qədərki həbs müddəti cəzanın bir hissəsi hesab olunacaq.
Tbilisi Şəhər Məhkəməsinin hakimi Badri Koçlamazaşvili bildirib ki, məhkəmə eyni iş üzrə təqsirləndirilən Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisini təqsirli bilib, lakin hakim izah edib ki, Temur Canaşiyanın ittihamları dəyişdirilib - o, 300 min lari məbləğində cərimələnib.