Mehriban Əliyeva İrandakı səfirliyimizə edilən terror aktı ilə bağlı başsağlığı verdi 

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı "Instagram"da paylaşım edib.

Sabahinfo.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan səfirlik əməkdaşı Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"