Mehriban Əliyevadan Sumqayıtda yanğını söndürənlərə TƏŞƏKKÜR

Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda baş vermiş yanğınla bağlı paylaşım edib.

Sabahinfo.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.