Memuar vətənpərvərlik hekayəti kimi oxunur və yaxud gerçəklik haqqında kitab 

Səməd Vurğunun kəlamıdı: Deyilən söz yadigardır. Söz həm də kitab formatında yaşadılır; kitab kiçik tarixdən böyük tarixə yadigardır. “Kitabi-Dədə Qorqud” da belə tarix¬lə¬şib, bu sənət-ədə¬¬biyyat-tarix möcüzəsinin işığından rişələnən minlərlə kitablar da. Onla¬rın əksəriyyəti tarixin söz¬lə ifadəsidi, tarixə tarixi fərdi hesabatdı. Gerçəkliyi tarixləş¬dir¬di¬yi¬nə görə, olmuşları yaşat¬dı¬ğına görə, sözdə tarixə, tarixdə (hadisələrdə) sözə inam aşıla¬dığına görə belə kitablar oxucunun düşün¬cə¬lərinin də, könlünün də həmdəmi olur. İstefada olan polkovnik Mehman Hacalıyevin “Gör¬dük¬lə¬rim, bildiklərim, eşitdiklərim” kitabı me¬muar-xatirədir. Olmuşlar xatırlanır, xatırla¬nan¬lar böyük tarixin zərrəsi kimi tarixləşir. Bu kitab tarixi kitab deyil, tarix haqqında kitabdır, müəllifi yazıçı deyil, kitab bədii tə¬fək¬kürün işığıyla yazıldığı üçün yüksək bədii fikirlərin əsəri kimi oxunur.
Memuarlara xas çalarlardan öyrənilir ki, müəllif Azərbaycan Politexnuk İnstitutunun məzu¬nu¬dur, inşaatçıdır. Sovet ordusunun tərkibində Əfqanıstanda da xidmət edib. Bu illər istər tarixdə, istərsə də ədəbiyyatda müxtəlif mövqelərdən təqdim edilib, indi də belədir. Pol¬¬kov¬nik M. Hacalıyev yaşadıqlarını yazıb, gördüklərini yazıb. Bu ba¬xım¬dan bunları tarixi ger¬çək¬lik hesab edə bilərik. 

“Hafizulla Əmirinin sarayının həyətindəki qarajda 8 ədəd bahalı maşın var idi. Hamısını oğur¬¬layıb SSRİ-yə qaçırdılar. Sarayla üzbəüz dağın başında Hafizulla Əmirinin istirahət yeri və resto¬ranı darma¬da¬ğın edilmişdi. Orada 40 litrlik antik bir samovar var idi. Onu da oğur¬la¬mış¬dılar...” (səh. 17). Əfqanıstan gerçəkliyidi, tarixi kitablarda deyil, belə kitablarda eti¬raf olunur. Zamanında dünyaya “Siyasi-ideoloji  örnəyi məndən götürün” deyən xalqlar həbsxanası – SSRİ belə dövlət imiş! Bu, bir hərbçinin müşahidə etdiyi və sözgəlişi yazdığı gerçəklikdi, yüz¬lərlə, minlərlə be¬lə müəlliflərin yazdığı, dediyi faktlar SSRİ-nin tarixi dövlətlətlərə münasibətdə siyasi (və iqtisadi!) tama¬hını düs¬tur¬laş¬dır¬mır¬mı?..

SSRİ-nin Əfqanıstana gedişi haqqında heç bir fikir səsləndirməyən müəllif haqlıdır, belə siyasi vəziyyəti təhlilə cəlb etməyi nə özünə, nə də qələminə (əsərinə!) rəva görməyib. Ancaq Əf¬¬qa¬nıstan ger¬çək¬liklərini yazmaqdan da çəkinməyib (bu da azərbaycançılıq xarakte¬ri¬dir!). M. Ha¬ca¬lıyev “Sa¬lanq aşırımı”ndan da yazıb, tərcüməçi Həsrətdən də, marşal V.N.Çuykovun spirtli içkiyə meyilli qardaşı oğlu baş leytenant Vladimir Çuykovdan da. Əfqanıstanda bir qrup əsgər ça¬yın o biri sa¬hi¬lin¬dəki kəndin kənarındakı evin azyaşlı qızını zorlayıb, sonra öldürmüşdülər. Əsgər¬lə¬rin s¬ıra¬sın¬da iki azərbaycanlı əsgər onlara mane olmağa çalışıb (!- B.M.). Kəndin sakinləri kəndi tərk edərək şürəvilərə düşmən kəsilmişdilər, qisas almaq üçün briqadaya hücum etmişdilər, yüzlərlə hərbi qulluq¬çu öldürül¬müş¬dü. Tri¬bu¬nal o iki azərbaycanlı əsgərdən savayı qalanların hamısını ölüm cə¬za¬sına məhkum et¬miş¬di...(səh. 20-21).

Hadisəyə təəssüf də hiss ediləndi, azərbaycanlı əsgərlərin mənəviyyatına sevgi də, bu mə¬nə¬viy¬yata görə yad torpağında azərbaycançılığı yaşatdığına görə o əsgərlərə ruhən minnətdar¬lı¬ğın doğmalığı da...

“Gördüklərim, bildiklərim, eşitdiklərim” kitabı 1953-cü il yanvarın 10-da Ağsu rayonunda anadan olmuş  M. Hacalıyevin hərbçi tərcü¬me¬yi-halı¬dır; ali təhsil alandan sonra hərbi xidmətə çağırılıb, 1975-ci ildən 2010-cu ilə kimi müxtəlif və¬zi¬fə¬lərdə xidmət edib. Əsasən mənzil-istismar xidmətində. Bu sahə üzrə kadr ola¬raq Əfqanıs¬tan¬da xidmət edəndə püxtə¬lə¬şib. Rus ordusunun tərkibində xidmət edən azərbaycanlı zabitin yega¬nə hi¬ma¬yədarı qabiliyyəti, dürüstlüyü, mərdliyi olub. Çox yüksək rütbəli zabitlərin də haqsız irad¬la¬rını qə¬bul etməyən, bu iradlara etirazını bildirən gənc zabit üçün bir atalar sözü həmişə düşün¬cə¬lərinin işığı olub: Polad sınar, əyilməz. M. Haca¬lıyev sınmadı da, əyilmədi də. Azər¬bay¬ca¬na bu xa¬rak¬teri ilə qayıtdı, Azərbaycanda xidmətə bu xarakteri ilə başladı. 1982-ci ildə...

M. Hacalıyev Zaqafqaziya Hərbi dairəsinin Mənzil İstismar idarəsində Azər¬bay¬can üzrə mühəndis-müfəttiş, 1985-ci ildə Salyan rayonu Mənzil İstismar Hissəsində baş mühəndis vəzifə¬lə¬rində xidmət edib. Zəmanəti: Əfqanıstanda iki il ərzində hərbi xidməti, yük¬sək rütbəli zabitlərin verdiyi xidməti xasiyyətnamələr olub (“Sən balığı at dəryaya, ba¬lıq bilməsə də Xaliq bilər”. Meh¬man Sadıq oğlunun necə zabit, necə insan olduğunu Xaliq də dəyrələndirirdi, bəndələr də...). 

Zəngilan ərazi özünümüdafiə taborunun komandiri idim. Ermənilərin  ərazilərimizə həm¬lə¬lə¬rinin, hücumlarının qarşısını alırdıq. Belə bir vaxtda müdafiəni gücləndirmək, müdafiə sistemini daha etibarlı səviyyədə təşkil etmək üçün Müdafiə Nazirliyindən sərhəd rayonlara zabitlər gön¬də¬rilmişdi. Polkovnik M.Hacalıyev 1991-ci il noyabrın 11-dən 14-dək Zəngilan və Qubadlı rayonlarına təhkim edilmişdi. Tanışlıq da, tanışlığın da¬va¬mı kimi sə¬mi¬miyyət də qarşılıqlı etimadın başlanğıcı oldu. Ermənistanla sərhəd əraziləri diqqətlə nəzərdən keçirir, mövqeləri hərbi şəraitə görə özlüyündə təhlil edir, postların yerini müdafiə nəzəriyyəsinin tələblərinə görə dəyişdirirdi. Həm də niyə dəyişdiyini, hansı üstünlük¬lə¬rə görə dəyişdirildiyini də izah edirdi. Bu izah döyüş növbət¬çi¬li¬¬yi aparacaq döyüşçülərə müdafiə haqqında əlavə bilgi vermək təşəbbüsü idi. Bu prosesdə polkovnik M. Hacaliyevin Zəngi¬la¬nın müdafiəsinin timsalında Azər¬baycanın müda¬fiə¬sinə qay¬ğı¬sı¬nı duydum. Döyüşçülər bu pro¬se¬sin hərbi dəyərini də başa düş¬müş¬dü, pol¬kov¬nikin müdafiənin möh¬kəm¬ləndirilməsinə səmi¬mi köməyini də. Bu səmimi kömək dö¬yüş¬çülərin mənəvi-psixoloji hazırlı¬ğın¬da da mühüm yüksəliş yaratdı...

Polkovnik M. Hacalıyev sonralar da Zəngilanın müdafiəsi ilə yaxından maraq¬la¬nır¬dı...

Orduda bütün vacib təsisatlar mövcud deyilsə, bu ordu güclü ordu ola bilməz. Polkovnik M. Hacalıyev sabiq SSRİ ordusunun quruluşunu xatırlamışdı, Azərbaycan Ordusunda da gə¬rəkli xidmətlərin olmasını gərəkli bilmişdi. 1992-ci ildə mənzil-istismar xid¬mətinin də yara¬dıl¬masına təşəbbüs göstərmişdi, ordu quruculuğunda əhə¬miy¬yətini əsaslandırmışdı. Təşəbbüs bəyənilmişdi, 1992-ci il fevralın 2-də polkovnik M. Hacalıyev Mənzil İs¬tismar İdarəsinin rəisi təyin edilmişdi. Əf¬qa¬nıstanda da, SSRİ-də də bu xidmət üzrə ki¬fa¬yət qədər təcrübəyə, nəzəri biliyə malik olduğuna görə Azərbycan Ordusunda bu yeni xid¬mət ordu quruculuğunun tərkib hissə¬lə¬rindən biri oldu...

“Gördüklərim, bildiklərim, eşitdiklərim” kitabında yaşanılmış gərgin günlərdən, ha¬di¬sə¬lər¬dən də söz açılır ki, bunlar da ordunun nizami ordu kimi formalaşmasının çətinlik¬lə¬rinin tari¬xi¬dir. 

Kitabda 1992-ci ilin siyasi mənzərəsi dəqiqliklə təsvir edilib. Separatçılığın necə həyata keçiril¬mə¬si me¬xanizminə cəhd də göstərilib. Bunların qarşısı təkcə xidməti vəzifələrin yerinə ye¬¬tirilməsi ilə alı¬na bil¬məzdi, qətiyyət, cəsarət, düzgün qərar qəbul etmə və bir də yüksək vətənpərvərlik də gə¬¬rək¬¬li olurdu. Polkovnik M. Hacalıyevin memuar-xatirə kitabında bu dövr bədii formatda da səviyyəli verilib, tarixi sənədliliyin tələblərinə də cavab verir. 

Müəllif 1992-ci ilin aprelini xatırlayır: Qusarda alayın komandiri polkovnik M. Haca¬lı¬¬ye¬və bildirib ki, “sadvalçıların” alayı ələ keçirmək qorxusu var. Müəllif bu hadisəni də, hadi¬sə¬nin sonluğunu da kriminal üslubda, yüksək bədii səviyyədə  məharətlə təsvir edə bilib.

Bazar günü olduğuna görə Qarabulaqda çoxlu adam olduğunu qeyd edən müəllif yazır: “Bö¬yük əksəriyyəti cavanlar idi. Öz aralarında ləzgi dilində danışırdılar. Mənimlə gedən sürücü Xı¬zı¬dan, Rafiq isə Qubadan idi, ləzgi dilini başa düşürdü. Heç on beş dəqiqə otur¬mamışdıq ki, Rafiq mə¬nə müraciət etdi: “Rəis, Dağıstandan, Qasımkənd və Məhərrəm¬kən¬ddən olan sadvalçı¬lar¬dır. Ara¬la¬¬rında alayı zəbt etməyi müzakirə edirlər. Hətta deyirlər ki, bu gün zibildaşıyan maşın hərbi his¬sə¬dən zibilin içərisində avtomat silahlar çıxardıb...”...
Polkovnik M.Hacalıyev vətəndaş kimi, zabit kimi bu fakta qə¬tiy¬¬yən biganə qala bilməzdi. Bakıya qayıdaraq vəziyyət haqda Müdafiə Nazirliyinə  məruzə edir...

Müxtəlif siyasi, müəyyən mənada, hərbi tədbirlər görülür. 

“...Əsgər yeməkxanasında səhər yeməyinin hazılanmasına başladılar. Səhər açılanda hərbi hissəyə gələn gizirlər gözlərinə inanmadı. Girişdə nəzarət-buraxılış məntəqəsinin üzərində Azər¬bay¬can bayrağı dalğalanırdı. Divardakı lövhədə isə “888 saylı hərbi hissə” yazılmışdı. Sadvalçılar şoka düşmüş¬dü¬lər...”...

“...sadvalçıların hərbi şəhərciyi ələ keçirmə səyləri və planı boşa çıxdı...” (səh. 136-142).

Azərbaycanda siyasi vəziyyətin hansı regionlarda, necə gərginləşməsi haqda hüquq-mühafizə orqanları, güc strukturları, bir də hakimiyyət bilirdi. Bu kimi faktların ictimailəşdiril¬mə¬si dövlətin də, xalqın da tarixidir və polkovnik M. Hacalıyev bu tarixin vətəndaş təəs¬sübkeşliyi ilə yad¬daş¬¬lara (və deməli, tarixə!) yazılmasının icraçılarından biri olub...

Polkovnik M. Hacalıyev Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin fəaliyyətini ordu quru¬cu¬luğunun mühüm tərkib hissələrindən birinə çevirmişdi. Mənzil fondunun hərbi qul¬luqçulara qanuna mü¬vafiq verilməsi mexanizmi tənzimlənmişdi. Yüzlərlə hərbi qulluqçu mənzillə təmin edil¬¬mişdi, edilirdi, ediləcəkdi...

Bu sahənin mükəmməl mütəxəssisi polkovnik M. Hacalıyev 1993-cü il avqustun 25-də Mənzil İstismar İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıldı. 2000-ci il¬in avqustunda yenidən bu İdarənin rəisi təyin edildi. İdarə yenidən əvvəlki fəaliyyətinin davamına başladı. 

Mənzil İstismar İdarəsi qısa vaxtda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bütün hərbi şəhərciklərinin inkişaf baş planını hazırladı, yeni layihələr əsasında Gəncədə, Qusarda, Kürdəmirdə hərbi aerodromun ərazisində yeni tipli hərbi şəhərciklər inşa edildi. Neçə-neçə hərbi hissə yenidən qu¬rul¬du, əsaslı təmir edildi. Bunlar ordu quruculuğunun bir mərhələsi kimi tarixləşib. Polkovnik M. Hacalıyevin “Gördüklərim, bildiklərim, eşitdiklərim” kitabı bu tarixin söz yadda¬şı¬dı. İda¬¬¬rə həm də qədim tariximizin mühafizəsinin cəfakeşi olub – Azərbaycan hərb tarixinin qədim¬li¬yi¬¬ni eksponatlarda yaşadası muzey üçün bina əsaslı təmir edildi, həm də son dərəcədə zövqlə, milli-xüsusiyyətlər nəzərə alınmaqla: “...Salyan kazarmasında tarixi binalardan birində və ətraf ərazidə yenidənqurma, təmir-tikinti və abadlaşdırma işləri apardıqdan sonra Hərb Tarixi Muze¬yi¬ni istifadəyə verdik. Eyni zamanda, tarixi binalardan birində Müdafiə Nazirliyinin kitabxa¬na¬sını ya¬rat¬dıq...” (səh. 203). Bu qürur dövlətə, orduya xidmətin qürurudur. Xatırlayı¬ram: Müdafiə nazirinin sabiq müavini general-leytenant Çingiz Məmmədov muzeyin istifadəyə verilməsini ordu qurucu¬lu¬ğuna böyük xidmət adlandırmışdı. Bu kitab belə qürurları da yaşatdığı, tarixləşdirdiyi üçün dəyərli ki¬tab¬dır...

...Hər kitab tarixin zərrəsi ola bilmir. Tarixin zərrəsi olan kitabları xalqın xəzinəsinin eksponatı adlandıra bilərik. İstefada olan polkovnik Mehman  Hacalıyevin “Gördüklərim, bildiklərim, eşitdik¬lə¬rim” kitabını belə oxudum, oxucularının hamısı da belə oxuyacaq...
“Gördüklərim, bildiklərim, eşitdiklərim” kitabını müəllifin tarixə tarix haqqında hesabatı bilirəm...

Bayram MƏMMƏDOV,
istefada olan polkovnik-leytenant,

Əməkdar müəllim