Nəsrdə və poeziyada da qələmini uğurla sınamış jurnalist Pünhan Şükürün (Pünhan Feyzulla oğlu Şükürov) “Mənə Şəhrizadın nağılın danış” adlı kitabı “Şərq – Qərb” nəşriyyatında işıq üzü görüb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda müəllifin müxtəlif janrlarda qələmə aldığı, ayrı-ayrı illərdə dövri mətbuatda dərc olunmuş, ənənəvi mediada və sosial şəbəkə platformalarında paylaşılmış ədəbiyyat nümunələrindən seçmələr təqdim olunub.
Çoxşaxəli yaradıcılığı ilə seçilən P.Şükürün “Kəlamlar” adlı ilk kitabı 2010-cu ildə azərbaycan dilində, 2011-ci ildə Giya Paçxataşvilinin tərcüməsində rus dilində çap olunmuşdur.