“Meşələrin mühafizəsi” layihəsi çərçivəsində qədim ağaclarla bağlı son tədbirlər keçirilib

Eko Aləm ictimai birliyi 1 iyun 2024-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Meşələrin mühafizəsi" layihəsi çərçivəsində Təbiət Abidələri hesab edilən qədim ağaclarla bağlı son tədbirlərini həyata keçirtmişdir. Layihə çərçivəsində görülən işlər haqqında Eko Aləm İctimai Birliyinin sədri Sevil xanım Yüzbaşeva saytımıza məlumat verib.

Layihənin həyata keçirilməsində əsas məqsəd, Azərbaycan ərazisində olan meşə örtüyünün qorunması və mühafizəsi istiqamətində görülən işlərin gücləndirilməsinə dəstək verməklə yanaşı, iqlim dəyişikliyi ilə mübarizə üsullarından olan mövcud meşə örtüyünün, yaşıllıqların qorunması və yeni əkinlərlə çoxaldılması sahəsində görülən işlərə yardım etməkdir.

Artıq hər kəsə məlumdur ki, dünyada iqlimlə bağlı ciddi proseslər gedir. İqlim dəyişmələri insanın, təbiətə getdikcə daha çox artan təsiri nəticəsində yaranan qlobal bir  problemdir. Hal-hazırda iqlim dəyişmələrinin qarşısının alınması üçün beynəlxalq və regional səviyyələrdə müxtəlif tədbirlər həyata keçirilir. Ağaclar və meşələr iqlim dəyişikliyi ilə mübarizədə əsas vasitələrdəndir. Biosferin ən vacib hissələrindən biri meşə və digər bitki aləmidir ki, bitki aləmi olmadan Yer kürəsində yaşayış olması qeyri mümkündür. Meşələrin nizamsız qırılması biomüxtəlifliyə, ərzaq təhlükəsizliyinə, qlobal istiləşməyə dağıdıcı təsir göstərir. Meşə, insanın həyatında  mühüm rol oynamaqla yanaşı, kənd təsərrüfatı torpaqlarının qoruyucusu, insanların rahat yaşaması, istirahəti üçün münbit şərait yaradan mühüm həyati amildir. Meşələr, həm də   biomüxtəlifliyi, vəhşi təbiət qoruyur.

Azərbaycan Respublikası 170-dən çox ölkə ilə birlikdə 2016-cı ildə rəsmi olaraq Paris Sazişini imzalayıb. Saziş istixana tullantılarını və insan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyi təhlükəsini azaltmaq üçün qlobal hədəf və fəaliyyət çağırışını ortaya qoyur. İqlim dəyişikliyinə qarşı bir sıra mübarizə üsülları vardır ki, bunlarında ən əsası  mövcud meşə sahələrinin, yaşıllıqların qorunub, saxlanması eləcədə yeni əkinlərlə yaşıllıqların artırılmasıdır. Yer kürəsi bizim yeganə evimizdir. Onu qorumaq üçün iqlim dəyişikliyi ilə mübarizə aparmaq, buna qarşı əsas mübarizə üsulu olan meşələri və ümumiyyətlə yaşıllıqları mühafizə etmək hər kəsin ümdə vəzifəsidir.

Hazırda ölkəmizdə noyabr ayında keçiriləcək COB29-la bağlı ciddi hazırlıqlar gedir. Bu tədbirin ölkəmizdə keçirilməsinin maarifləndirici təsiri də çoxdur. Ərtaf mühit problemləri hər kəsə aiddir və bu problemlər o vaxt həllini tapar ki, bu işlə hamı məşğul olsun. Bunun üçün hər kəs əlindən gələni etməlidir. İnsanın ətraf mühitə olan təsirləri əvvəl azaldılmalı sonra isə sıfıra endirilməlidir.

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada vaxtı ilə 4500-dən çox bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir.

AMEA-nın alimləri  2004-cü ildə nəşr etdirdikləri “Azərbaycanın Bioloji Təbiət Abidələri” adlı kitabında Azərbaycan Respublikasının 52 rayonunun 318 obyekt sahəsində 2500-dən çox ədəd nadir abidə ağacların, unikal meşəliklərin olmasını müəyyən etdiklərini qeyd etmişlər. Nəzərə alsaq ki, bu illər ərzində ölkəmizin meşə örtüyünə, yaşıllıq ərazilərinə hətda təbiət abidəsi kimi qeydiyyatda olan ağaclara da  ciddi ziyan vurulmuşdur. Biznes məqsədi ilə abidələr qırılmış və tikinti işləri aparılmışdır.

Eko Aləm İctimai Birliyi layihə işi nəticəsi olaraq, hazırlayacağı və hər kəsin istifadə edə bilməsi üçün yotub kanalına yerləşdirəcəyi  elektron kataloqda yuxarıda adı qeyd edilən kitabdakı siyahıdan, bəzi abidə ağaclar seçmiş və onların vizual monitorinqini həyata keçirtmişdir.

Bu monitorinqlər, Samux və Gəncə şəhərlərində, Hacıkənd qəsəbəsində, Qax şəhəri, Güllük və Tanqıt kəndlərində eləcədə Balakən şəhəri və Katex qəsəbəsində, Zaqatala şəhəri, Qəbələ şəhəri və Nic qəsəbəsində abidələr yaşayan 11 məkanda həyata keçirilmişdir.

Bundan başqa həmin ərazilərdə yaşayan və bu vaxta qədər elmi cəhətdən öyrənilməmiş diqqətdən kənarda qalmış digər abidə sayılmalı olan ağacların  hazırkı ekoloji vəziyyəti, yaşaması və muhafizə edilməsi məsələləri araşdırılmışdır. Tədbirlər zamanı layihə nəticəsi olaraq, hazırlanacaq elektron kqtaloq üçün foto-video çəkilişlər də aparılmışdır.

Keçirilən monitorinqlər zamanı məlum olmuşdur ki, bir neçə təbiət abidəsi artıq həyatını itirmişdir. Bəzi təbiət abidələri artıq quruyaraq yıxılmış, bəziləri isə antropagen təsirlərə məruz qalaraq, ləğv edilmişdir.

Buna baxmayaraq, Azərbaycan Respublikasının bir sıra digər ərazilərdə hələ də rast gəlinən təbiət abidələri bu kitabdakı siyahıya düşməmişdir və lazım olduğu kimi mühafizə olunmurlar. Layihə işində təşkilatımız belə abidələr barədə məlumatlar da toplamışdır. Həyata keçirdiyimiz mpnitorinq fəaliyyəti zamanı nəzərdə tutduğumuz 19 abidə ağacın yerinə 29 abidə barədə məlumatlar toplanılmışdır. Siyahıdan götürdüyümüz 19 abidənin isə 6-nin həyatda olmadığının şahidi olduq.

Eko Aləm İctimai Birliyi layihə işinin ikinci hissəsində təbiət abidələri ilə bağlı keçirdiyi ekoloji vizual monitorinqlərin real nəticələri aşağıdakı kimidir.

 

Qax şəhəri, Güllük və Tanqıt kəndlərində yaşayan abidə ağaclar Dağdağan ağacı (Celtis glabrata Stev.,). 

 

Məlum kitabda,, Qax şəhərində indiki Tarix muzeyinin (Köhnə Alban kilsəsinin) həyətində iki abidə ağac olduğu barədə məlumat verilib. Birincisi kök böğazından bir qədər yuxarıda 7 dirək gövdəyə ayrılan, yaşı – 1300 il və hündürlüyü - 40 m olan Dağdağan ağacı (Celtis glabrata Stev.,). Hələ də yaşayır və üzərində abidə olması barədə nişanı vardır. Kitabda verilən göstəricilərin bəzisi abidənin üzərində olan ilə uyğun gəlmir. Mütəxəssislərin rəyinə ehtiyac vardır.

Həmin ərazidə olan ikinci abidə ağac isə illər öncə qocalaraq yıxılıb və aidiyyatı qurumlar tərəfindən təmizlənərək, ərazidən qaldırılıb.

 

Qaxbaş kəndi,  Gürcü Kilsəsinin həyəti

Dağdağan ağacı (Celtis glabrata Stev.,). - 7 ədəd

.

Alimlərin hazırladıqları kitabda bu ərazidə yaşayan 7 ədəd dağdağan ağacından bəhs edlir. Ərazidə keçirdiyimiz vizual monitorinqlər zamanı məlum oldu ki, bu abidələr hələ də ekoloji sağlıqlı şəkildə həyatlarına davam edirlər. Ağacların gövdələrinpn ətrafında yeni pöhrələr də mövcuddur.  Bundan başqa çox sayda gənc ağaclarda ətrafda vardır. Bu ağacları 4-ü çox yaşlıdır. İkisinin gövdəsində koğuş var. Ağacların üzəri meyvə ilə də dolu idi.

Ərazidə kilsə fəaliyyət göstərdiyi üçün ağacları təhlükə gözləmir.

Üzərlərində abidə olması barədə nişanları yoxdur.

 

Güllük kəndi, Uzunsaplaq Palıd (Q. longipes Stev.),

 

Kitabdakı Abidələrin siyahısında Qax rayonu Güllük kənd qəbirstanlığında yaşı 450-600 il və hündürlüyü 40 m olan geniş çətirli Uzunsaplaq Palıd (Q. longipes Stev.), ağacı barədə məlumat var idi. Abidəni tapa bilmədik. Həyata keçirilən monitorinqlər zamanı Qax rayonu Güllük kənd bələdiyyə sədri Qumaşov Fərrux Hacı oğlu ilə görüşdük. Fərrux müəllim suallarımıza cavab verərək, bildirdi ki, bu ağac çoxdan yıxılıb. Daha sonra o bildirdiki,  ümumiyyətlə artıq bu ərazilərdə elə qədim palıd ağaclarına daha rast gəlmək olmur. Palıd ağacları ya ətraf mühitin təsirindən, ya da ki, başqa bilmədiyimiz xəstəliklər səbəbindən uzun yaşamırlar.

Palıd ağaclarının belə tez məhv olmasının, uzun ömrli olmaması səbəbinin eləcədə ekoloji vəziyyətlərinin öyrənilməsinə ehtiyac vardır.

Sonra bələdiyyə sədri Qumaşov Fərrux bizim kitabda verilən, digər palıd ağacı ilə bağlı məlumatımıza əsasən, Qax rayonu Güllük şosse yolunun kənarında yaşayan ikinci Uzunsaplaq Palıd (Q. longipes Stev.), ağacının yanına apardı və ağac barədə məlumat da verdi. Kitabda verilənə görə (kitab 2004 nəşr edilib) 30 il əvvəl ki, ağacın yaşı 200 il ( indi yəqin ki, 250 ildən çox), şətiri 64 m2 , hündürlüyü 20 m, diametri 140 sm olmuşdur. Ağac ekoloji sağlıqlıdır.

Üzərində abidə nişanı yoxdur.

Sonra bələdiyyə sədri Qumaşov Fərrux müəllim bizə bilditdi ki, Güllük kəndinin ən qədim və qorunan ərazi hesab edilən köhnə qəbirstanlığında 2 ədəd abidə ağac yaşayır. Bu ağacların yaşı təqribən 500 il hesab olunur. Birinci ağac goyrüş (lat. Fraxinus), ikinci ağac isə dağdağan (Celtis glabrata Stev.,). ağacıdır.

Biz həmin ağacların da ekoloji monitorinqini keçirtdik.

Ağaclar olduqca sağlıqlı vəziyyətdə idi.

Texniki göstəricilərinin öyrənilməsinə ehtiyac vardır.

Abidə nişanları yoxdur.

 

Tanqıt kəndi, Uzunsaplaq Palıd (Quercus longipes Stev.,).

 

Növbəti vizual mpnitorinqimizi çox çətinliklə də olsa axtarıb, tapdığımız Qax rayonu Tanqıt kənd qəbirstanlığında yaşayan ağaclar oldu. Ağaca yaxınlaşmaq olmurdu.  Ərazidə hər tərəfdə vəhşi yeyvan yuvaları var idi.

“Azərbaycan Bioloji Təbiət Abidələri” kitabında Tanqıt kənd qəbirstanlığında yaşları 450-600 illik uzunsaplaq iki ədəd palıd ağaclarının olduğu barədə məlumatlar var. Kitabda həmçinin,  Şeyx Şamilin ən çox inandığı müridi və naibi  sonralar isə təqib etdiyi Hacı Muradın basdırıldığı  Day kəndi (Tanqıt kəndi) qəbirstanlığında 500 yaşlı qədim ağaclar oiduğu da qeyd edilir.

Həmin qəbirstanlıqda Hacı Muradın basdırıldığı  məzarı da ziyarət etdik. Qəbirin baş tərəfində iki möhtəşəm ağac var idi. Bu ağaclardan biri geniş çətirli ağac Uzunsaplaq Palıd (Quercus longipes Stev.,) və ondan bir az aralıda yaşayan Vələs (lat. Carpinus) ağacları var idi.

Bildiyimiz kimi kitabda bu qəbirsatanlıq ərazisində iki ədəd palıd ağacının olması qeyd edilirdi. Lakin qəbirstanlıqda bir ədəd palıd və bir ədəd vələs ağacı olduğunu aşkarladıq.

Qəbirstanlıqda olan kənd sakininun sözlərinə görə digər palıd ağacı ərazidən naməlum səbəbdən döğranaraq götürülüb.

Palıd ağacının həmən yanında yaşayan vələs (lat. Carpinus) ağacının da vizual monitorinqini keçirtdik. Bu ağac da ekoloji sağlam görünürdü. Gövdəsində koğuşun olması onun yaşlı olduğunu göstərirdi. Qəbirstanlıqda olan yerli sakin bu ağacında ən azı 500 il yaşı olduğunu söylədi.

Bu ağacların öyrənilməsi və yenidən qeydiyyata alınmasəna ehtiyac vardır.

Bu ağacların rəsmi dövlət orqanları tərəfindən qeydiyyata alınaraq nəzarətə götürülməsi olduqca vacibdir.

Ağaclar ekoloji sağlıqlı görünürdü.

Hər iki ağacın üzərində abidə olması barədə nişan yox idi.

Balakən şəhəri Kriptomeriya (lat. Cryptomeria)

ağacları

AMEA-nın alimlərinin 2004-cü ildə çap etdirdikləri  “Azərbaycan Bioloji Təbiət Abidələri” (Müəlliflər: B.H. Təhməzov, E.F. Yusifov, K,S, Əsədov) kitabında Balakən şəhərinin mərkəzi küçəsində nadir  Kriptomeriya ağaclarının yaşadığı barədə məlumatlar da verilib.

Bu cinsin ən geniş yayılmış növü Yapon kriptomeriyasıdır - C.japonika. Yapon kriptomeriyası dirək gövdəsinin qırmızı-qəhvəyi qabığı olan, boyu 40 metrə, diametri 6 m-ə çatan həmişəyaşıl iri gövdəli ağacdır. Məlumatlarda deyilirdiki 2004-cü ildə bu ağacların 40-45 yaşı olub. İndi isə yəqinki 60-65 yaşları olar. Kriptomeriya dünyanın ən uzunömürlü ağaclarındandır. Hal-hazırda dünyada onun 7000 yaşlı nüsxələri də vardır.

Balakən şəhərində bu ağaclar haqqında kimsə məlumatli deyildi. ETSN-nin bölgədəki 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə əlaqə saxladıq.

Həmin  idarənin bölgə nümayəndəliyinin müfəttişi Musayev Kənan dərhal köməklik göstərmək üşün bizə yaxınlaşdı. Bizimlə birlikdə bütün şəhəri gəzdi və onun köməyi ilə ağacların yerini müəyyən etdik.

Ağaclar Balakən şəhərinin H. Cavid adına mərkızi küçəsində sağlıqlı bir şəkildə yaşayırlar.  Ağacların ətrafında ticarət obyektləri var idi.

Bu ağacların texniki göstəricilərinin öyrənilməsinə və nadir ağac olması barədə hər kəsin məlumatı olması üçün  üzərində məlumat lövhəsinin olmasına da ehtiyac vardır.

 

Balakən rayonu Katex qəsəbəsi

Dağdağan ağacı (Celtis glabrata Stev.,).

 

Balakən rayonu Katex qəsəbəsində şosse yolunun kənarında yaşı – 1100 il (bəlkə də daha çox) olan dağdağan ağacı yaşayır. Dağdağan ağacının da vizual monitorinqini keçirtdik.

Ağacın üzərində abidə olması barədə nişanı olsa da texniki göstəriciləri qeyd olunmayıb.

Ağacın ətrafında mühafizə sərhəddi də yoxdur.

Dağdağan ağacı müqqədəs hesab edilir. Balakən rayonunun Katex kəndi ərazisindən keçən magistral yolun kənarında bitən bu dağdağan ağacı bu gün də ziyarıtgah hesab edilir.

Dağdağan ağacı həm də müalicəvi əhəmiyyətə malikdir.

 

Zaqatala şəhəri Dədə Qorqud parkı

Şərq Çinarı  (Platanus orientalis L.,) -3 ədəd

 

Zaqatala şəhərindəki "Çinar meydanı" hal-hazırda "Dədə Qorqud" meydanı adlandırılır. İndiki adı ilə Dədə Qorqud meydanı adlandırılan Zaqatala meydanı tarixi baxımdan çox qədim məkan sayılır. Burada yerləşən iri, əzəmətli çinarlar illər boyu Zaqatala sakinlərinin istirahət, yığıncaq yerinə çevrilmişdir.

Kitablarda, qəzet və jurnallarda hələ sovetlər dönəmindən burada bir şərq çinarı yaşadığı və ətrafında dairəvi şəkildə insanların oturub dincəlməsi üçün oturacaqlar olması barədə çox şəkillər və məlumatlar yayılmışdı. Təəsüf ki, onu yerində tapmadıq.

Həmin parkda yaşayan 700 yaşlı şərq çinar naməlum səbəblərdən ərazidən götürülüb.

Hazırda "Dədə Qorqud" meydanı adlandırılan parkda bir-birinə yaxın ərazidə yaşları 500-700 il, diametrləri 260-270 sm, hündürlükləri isə 30-35 m, çətirlərləri 400 m2 əhatə iki möhtəşəm şərq çinarı yaşayır. İki qoşa çinarın birincisinin üzərində abidə olmasə barədə nişan vardır.

Çinarların ekoloji vəziyyəti yaxşıdır.

Buna baxmayaraq, fərdi yaşayış evləri bağdan bir-iki metr aralıqda yerləşir. Evlər köhnə tikililərdir. Ağaclar olduqca nəhəng olduğu üçün bu evlərə təhlükə yaradırlar. Elə bu səbəbdən də insanlar çox narahatdırlar və bu ağacların təəssüflər olsun ki,  ərazidən götürülməsini istəyirlər.

Həmən bu ağaclarla üzbəüz 28 May küçəsində fərdi yaşayış evlər olan, köhnə kilsənin oldiğu həyətində üçüncü çinar ağacı da yaşayır.

Ağacın üzərində abidə olması barədə nişan olsa da yazıları oxumaq mümkün deyil. Bu ağac da yaşayış olan həyətdə evlərinə demək olar ki, olduqca yaxındır və gövdənin yuxarı hissəsi çatlayıb, ikiyə bölünmək üzərədir. Həyətdə ailələr yaşayır bu hal da həqiqətən onların həyatı üçün ciddi təhlükə yaradır.

Abidənin dibi isə betonlanıb ki, bu da ağacın inkişaf edərək, yaşaması üçün təhlükədir.

Rəsmi dövlət orqanlarının ciddi ölçü götümələrinə ehtiyac vardır.

Abidənin üzərindəki nişan dəyişdirilməlidir.

 

Zaqatala şəhəri Zərifə Əliyeva adına park Qarağac (lat. Ulmus)

Zaqatala şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkda möhtəşəm yaşlı bir Qarağac (lat. Ulmus) ağacı yaşayır. Qaraağac qışda yarpaqlarını tökən iki yarpaqlı və iri gövdəli ağacdır. Qaraağacı digər ağaclardan fərqləndirən ən öndə olan özəlliyi yarpaqlarıdır. Qaraağac meşə zonalarında təsadüf edilən oduncağı bərk, qol-budaqlı böyük ağacdır. Qaraağacın boyu 40 metrəyə qədər çatır.

Şəkildən göründüyü kimi ağacın ekoloji vəziyyəti yaxşıdır və sağlıqlıdır.

Bu ağac haqqında məlumatı sakinlər verdilər. Ağacın mühafizə olmasını istəyirlər. Təəsüflər olsun ki, ətrafı məişət obyektləri ilə əhatə olunub və onun sağlığı təhlükə qarşısındadır.

Ağacın qoruyucu sərhəddi də məişət obyektləri üçün tikintilər aparılırkən gözlənilməyib.

Üzərində abidə olması barədə nişan yoxdur.

Ağacın texniki göstəricilərinin öyrənilməsinə və mühafizə edilməsinə ehtiyac vardır.

 

Qəbələ şəhər P.Osmanov adına 2 saylı tam orta məktəb

Şərq Çinarı (Platanus orientalis L.,)

 

Qəbələ şəhər P.Osmanov adına 2 saylı tam orta məktəbin həyətində möhtəşəm Şərq Çinarı yaşayır.

Ağac kökündən iki əzəmətli qollara ayrılıb. Ekoloji vəziyyəti yaxşıdır və sağlıqlıdır.

Ağac kökündən çox sayda yeni pöhrələr verib ki, bu da onun inkişafda olguğunu göstərir.

Ağac alimlər tərəfindən siyahıya alınsa da üzərində abidə olması barədə nişan yoxdur.

 

Qəbələ rayonu, Nic qəsəbəsi

 

Qarağac (lat. Ulmus)

 

Alimlərin kitabda vergikləri məlumatlara görə, Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində, Nic kənd  qəbirstanlığından Qəbələ şəhərinə gedən şosse yolun kənarında təbiət abidəsi kimi qeydiyyata alınan yaşı 1100 -1200 il, diametri - 730 sm və hündürlüyü - 30 m olan Qarağac ağacının (lat. Ulmus) qeydə alınıb.

Vizual monitorinqlər zamanı məlum oldu ki, artıq ağac quruyaraq yıxılıb.

 

Düzən Palıdı (lat. Quercus iberica Stev)

Alimlərin kitabda vergikləri məlumatlara görə, Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində Nic kənd  qəbirstanlığında yaşı - 900 il, diametri - 730 sm, hündürlüyü - 45 m olan Düzən Palıdı (lat. Quercus iberica Stev) yaşayır.

Vizual monitorinqlər zamanı məlum oldu ki, artıq ağac quruyaraq yıxılıb.

 

Şərq Çinarı (Platanus orientalis L.,) - 4 ədəd

Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində Azərbaycan Respublikası Alban Udi Xristian İcması fəaliyyət göstərir.

Qəbələ rayonu, Nic qəsəbəsindəki Müqəddəs Yelisey adına “Çotari” Alban-udi kilsəsinin həyətində 4 ədəd möhtəşəm yaşları təqribən 700 – 1000 il olan Şərq Çinarları yaşayır.

Vizual monitorinqlər zamanı bu ağacların ekoloji sağlam olduğu və “Çotari” Alban-udi kilsəsinin əməkdaşları və "Udi-Bulaq" Mədəniyyət Mərkəzinin sədr müavini Rafiq Danakari ərazini gəzdirərək bizə məlumat verdi. Bu ərazidə ağacların çox möhtəşəm mühafizə olunduğu məlum oldu.

Ağacların üzərində abidə nişanları yoxdur.

Layihənin sonunda layihə fəaliyyətinin nəticəsi olaraq, elektron kataloq hazırlanacaq və Agentliklə razılaşdırıldıqdan sonra “Youtube” kanalında yerləşdiriləcək.

https://www.youtube.com/watch?v=kqpVw5dk1y8&feature=youtu.be