"Məşğulluq sistemi işsizliyin yükünü götürə bilmir" - Fazil Mustafa

"Rayonlarda işsizlik kifayət qədər yüksək səviyyədədir. Məşğulluq sistemi işsizliyin yükünü götürə bilmir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Fazil Mustafa deyib. O xatırladıb ki, gələn il bələdiyyə seçkiləri keçiriləcək:

"İqtisadiyyatımızın dirçəlməsi üçün çıxış yollarından biri dövlətin yükünün bələdiyyələrə dövr edilməsidir. Nəhayət, 2024-cü ildə bələdiyyəni canlı bir quruma çevirməliyik. Bələdiyyə ölü vəziyyətdə olanda, onun sənədləri tanınmayanda və onun iqtisadi proseslərə qoşula bilməməsi yerli xidmətlərdə böyük sıxıntılar yaradır".

F.Mustafa əlavə edib ki, bölgələrə qayıdış məsələsi vacib olmalıdır: “Gələn ilin dövlət büdəsindən gənclər evinin saxlanılmasına vəsait ayrılsa da, içərisini doldura bilmədiyimiz bir çox obyektlər var. Ya onların təyinatı dəyişdirilməli, ya da hər hansı mədəni infrastruktur kimi bölgələrdə işlək vəziyyətə gəlməsini təmin etməliyik. Bundan başqa, idman obyektlərinin təmiri və başqa məsələlərlə bağıl vəsait artırılmalıdır. Misal olaraq, Bakıda çox sayda futbol meydançalarının dam örtüyü yoxdur. Paytaxtın iqliminə görə əksəriyyəti tam sıradan çıxır. Ölkədə son vaxtlar basketbol inkişaf etsə də, meydança tapmaq mümkün deyil. Məktəblərin həyətində bu tip meydançaların məcburi salınması məsələsini həll etmək lazımdır”.