Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində YAP namizədi olaraq rayonun seçici gəncləri və idmançıları ilə görüş keçirdim.
Seçiciləri salamladıqdan sonra son illər ərzində Azərbaycanda gənclərə və idmançılara göstərilən dövlət qayğısından bəhs edərək qeyd etdim ki, həm gənclərin, həm də idmançıların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Gənclərin idmanla məşğul olması üçün geniş imkanlar yaradıldığını, Azərbaycanda gənclərə və idmançılara göstərilən dövlət qayğısınln bundan sonra da davamlı xarakter daşıyacağını bildirdim.
Çıxış edən Masallı gəncləri və idmançıları gənclərin inkişafına və idmançılara yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq etdilər və Azərbaycanın daha güclü, sağlam və perspektivli gələcəyini təmin edən YAP-ın namizədinə səs verəcəklərini bildirdilər.