Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Əvəz Zeynallının həbsinə münasibət bildirib.
Sabahinfo.az xəbər verir ki, Amaşov Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən uzaq olduqlarını qeyd edib.
O qeyd edib ki, Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür: “Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir.
Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq. Arzu edərdik ki, Əvəz bəy azadlığına qovuşsun.
Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq”.
O vurğulayıb ki, Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayır: “Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq. Allah Əvəz Zeynallının qapısını açsın”.