Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi

Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.

Trend-in məlumatına görə, bu gün MSK-nın yeni tərkibdə ilk iclası keçirilib.

İclasda təşkilati məsələlərə baxılır, həmçinin MSK üzvləri komissiyanın sədrini və katibini seçiblər.

Sədr vəzifəsinə Məzahir Pənahov, katib vəzifəsinə Arifə Muxtarova və Mikayıl Rəhimov seçilib.