Millət vəkili Məşhur Məmmədov Masallı rayonunda seçiciləri üçün qəbul keçirib

Millət vəkili Məşhur Məmmədov Masallı rayonunda seçiciləri üçün qəbul keçirib.

Sabahinfo.az
xəbər verir ki, qəbulda 3 nəfəri Vətən müharibəsi iştirakçısı olmaqla ümumilikdə 17 nəfər seçici iştirak edib.

Belə ki, qəbul YAP Masallı Rayon Təşkilatının konfrans zalında baş tutub.

Həmçinin seçicilərin problemlərinin operativ həll edilməsi məqsədilə qəbulda Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov iştirak edib.

Qeyd edək ki, seçicilərin əksər istək və problemləri yerindəcə həll edilib, sənədlə bağlı problemlərin həlli üçün müvafiq tapşırıqlar verilib.