Aprelin 12-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birgə Yeni Azərbaycan Partiyasının inzibatı binasında bir qrup vətəndaşı qəbul edərək onların müraciət və təkliflərini dinləyiblər.
Qəbula gələn vətəndaşlar: Fəhradov Əhməd Məhəmməd oğli, Nurəliyev Coşqun Ağabəy oğlu, Zeynalov Süleyman Ağaverdi oğlu, Bəhrəmova Aysel Fəxrəddin qızı, Quluzadə Rəna Hilal qızı, Həmidova (Dadaşova) Aynur Bödər qızı, Mikayılova Samira Mikayıl qızı, Çərkəzov Elsevər Hacıbala oğlu, Əhmədova Zəhra İman qızı və başqaları işə qəbul olunmalarına, mənzillə təmin edilmələrinə, fərdi evlərin tikintisi üçün torpaq sahəsinin ayrılmasına, aliment borcunu ödəməkdən boyun qaçıran borclu şəxsin axtarılıb tapilmasına və cəzalandırılmasına,şəxsi problemlərinin həll edilməsinə maddi yardım göstərilməsinə, əhali arasında hüquq təbliğatının gücləndirilməsinə, vətəndaşlara ünvanlı sosial yardım təyin edilməsinə, aztəminatlı ailələrin sosial rifah halının yüksəldilməsi məqsədilə özünüməşğulluq proqramına cəlb edilməsilə bağlı məsələlərdə , eyni zamanda, onları narahat edən bəzi nöqsan və çatışmazliqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri qeydə alınıb, onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı və partiyanın rayon təşkilatının sədri tərəfindən nəzarətə götürülüb.
Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin Prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.