Millət vəkilindən ekoloqlara təbrik

Əziz dostlar, bu gün 23 may Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.

Dünya inkişaf etdikcə, elmi tərəqqi artdıqca ekoloqların qarşısında təbiəti qorumaq kimi çox məsul və mürəkkəb bir vəzifə dayanır. Azərbaycan da Dünyanın bir parçası olaraq bu sahədəki görülən işlərə böyük önəm verir. Azərbaycan ekoloqlarının gördüyü işlər çətin, vacib və çoxşaxəlidir. Onların yerinə yetirilməsində hər birimiz bu gün peşə bayramını təbrik etdiyimiz ekoloqların yaxın dostu və köməkçisi olmalıyıq.

Bu günümüzü və gələcəyimizi düşünən ekoloqları peşə bayramı münasibətilə səmimi qəlbdən tədbik edir, onlara fəaliyyətində uğurlar arzu edirəm!

Bayramınız mübarək!

İltizam Yusifov

Milli Məclisin deputatı