Milli Məclis Seyfulla Əzimovun hesabatını qəbul etdi - YENİLƏNİB

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələni qəbul edib.

Sabahinfo.az xəbər verir ki, sənəd deputatların müzakirəsindən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

***

11:02

Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılıb.

Sabahinfo.az xəbər verir ki, sənədi Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.

Daha sonra isə illik məlumat ətrafında deputatlar çıxış edəcəklər.