Milli Məclisin deputatı Şahin Seyidzadə seçicilərinə hesabat verdi

2025-ci ilin payız sessiyası dövründə parlament fəaliyyəti ilə yanaşı, vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunması və ictimaiyyətin mütəmadi məlumatlandırılması əsas prioritetlərdən biri olub.

Fəaliyyət dövrü ərzində açıq və şəffaf kommunikasiya prinsipləri əsas götürülərək, vətəndaş müraciətlərinin qəbulu, onların icrası, habelə dövlətin gündəmində olan aktual məsələlərlə bağlı media resursları vasitəsilə ardıcıl məlumatlandırma aparılıb.

Fəaliyyət dövründə Qobustan, Şamaxı və İsmayıllı rayonlarında ümumilikdə 42 vətəndaş qəbulu keçirilib. Qəbullarda 1 şəhər, 6 qəsəbə və 59 kənddən 497 vətəndaş iştirak edib. Ümumi daxil olan müraciətlərin sayı - 806. Müraciətlər əsasən sosial məsələlər, məşğulluq, təhsil, infrastruktur və digər sahələri əhatə edib. Onların bir qismi yerində həll edilib, digərləri isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına yönləndirilib.

2024-2025-ci illər üzrə fəaliyyət dövrə dair hesabat hazırlanaraq, müraciət etmiş vətəndaşlara poçt vasitəsilə göndərilib. Həmin dövrə dair hesabatla https://seyidzade.az/hesabat2025/ link vasitəsilə tanış olmaq mümkündür.