27 iyul 2024-cü il tarixində Sumqayıt şəhərində Milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması" adlı layihənin yekun tədbiri baş tutub.
Sosial –İqtisadi Aaraşdırmalar İctimai Birliyi , Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması" adlı layihənin yekun tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Fərqanə Əliyeva layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın Milli –mənəvi dəyərlərini gənclər arsında və xarici ölkələrdə təbliğ etməkdən ibarətdir. O, bu mövzunun təbliğinin gənclər üçün çox vacib olduğunu bildirib. Bu nöqteyi nəzərdən “Milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması" adlı layihənin aktual olduğunu qeyd edib.Sonra dəvət olunmuş qonaqlar çıxış etmiş və sonda xatirə şəkli çəkilmişdir.