Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi uğurla davam edir. Xəbər verdiyimiz kimi, layihə çərçivəsində 2025-ci ildə yubileyləri tamam olan Milli Qəhrəmanlar haqqında iki videoçarx hazırlanmışdır.
Növbəti 3-cü videoçarx Vətənin müdafiəsi kimi ən ülvü, ən müqəddəs vəzifəni yerinə yetirərkən əbədi ömür qazanan şəhidlərimiz, haqq mübarizəsi aparan Azərbaycan əsgərləri, zabitləri, dövlətçiliyimizin qorunması uğrunda qəhrəmanlıq göstərən igidlərimiz haqqında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın sözləri ilə başlayır. Azərbaycanın Milli Qəhrəmanları Mixail Slesaryov, Kərəm Mirzəyev, Qasım Rzayev, Pərviz Səmədov, Şükür Həmidov, Famil İsgəndərov, Natiq Məmmədov, Rəşad Mirabov haqqında məlumat verilir, onların şərəfli döyüş yolu, təltifləri və xatirələri işıqlandırılır.
Videoçarxda məlumat verilən Milli Qəhrəmanlardan dörd nəfər igidimiz Qarabağ müharibələrində, bir nəfər Gəncə şəhərindəki qiyam yatıran zaman (1994), iki nəfər 13-17 mart (1995) tarixlərində dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı, bir nəfər Qobustan həbsxanasında (1999) baş verən hadisə zamanı qəhrəmanlıq göstərmişdilər.
Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:
https://www.youtube.com/watch?v=J_okM2Coc2Y