Ermənistanın təqdim etdiyi formulyarların yararsızlığı bu ölkənin sülhdə maraqlı olmadığını bir daha təsdiqləyir. Guya humanitar addımlar atmaq görüntüsü yaradan Ermənistan rəhbərliyi bu vaxta qədər heç bir addımında səmimi olmayıb. Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən söhbət gedir ki, burada da əvvəl olduğu kimi məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.
Ermənistan əvvəl ümumiyyətlə inkar edərək, mina xəeitələrinin olmadığını iddia edirdi. Lakin sonradan cəmi 20-25 faiz dəqiqliyə malik formulyarlar təqdim olundu. Burada da məqsəd aydındır – daha çox mülki insanın ölümünə səbəb olmaq, Böyük Qayıdış və bərpa quruculuq işlərinə mane olmaq. Bu, isə insanlıq əleyhinə cinayətin davam etməsi deməkdir.
Ermınistan həqiqətən də iddia etdiyi kimi sülhpərvər olsaydı, keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatları da təqdim edərdi.
Məsələ burasındadır ki, bu illər ərizndə yaşayış məntəqələrini, əkin sahələri, çay kənarları, meşə massivləri, məzarlıqları minalarla yüksək səviyyədə çirkləndirilib. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinin açıq şəkildə pozmasıdır. Təəssüf ki, aidiyyəti beynəlxalq təşkilatlar işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verməsi ilə bağlı addımlar atmır. Bu laqeydlik səbəbindən bölgədə daha şox insanın mina qurbanı olmaq riski də qalır. Avropa İttifaqı mülki missiya vasitəsilə bölgədə təxribatçı planlar reallaşdırmaqdansa, dəqiq xəritələrin təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməlidir.