2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Təhsil İnstitutundan Sabahinfo.az-a bildirilib ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd olunub ki, 26-31 iyul tarixlərində keçirilən vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Məlumata görə, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.