Moskvada "Qanuni oğru" Rəşad Gyandjinski HƏBS EDİLDİ

"Qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gyandjinski) ciddi rejimli koloniyada 21 il müddətinə azadlıqdan məhrum edilib. 

Sabahinfo.az rus mətbuatına istinadən xəbər ki,  bu  barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb. 

Məlumata görə, o, cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda, habelə iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib. 

Bundan əvvəl ittiham tərəfi müttəhimin 23 il müddətinə azadlıqdan məhrum edilməsində israr etmişdi.

İş qanuni oğru Rövşən Caniyevin (Rövşən Lənkəranski) dəstəsinin tərkibində olan azərbaycanlı azərbaycanlılar Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlindən gedir. Bu, 2009-cu il mayın 15-də baş verib. Hücumçular qurbanları BMW X5 markalı avtomobildə TT tapançası və Kalaşnikov avtomatından güllələyiblər.

İttihamda deyilir ki, hücuma Moskvanın meyvə-tərəvəz bazarı səbəb olub. İsmayılov daha sonra paytaxta tərəvəz və meyvə tədarükünü nəzarətə götürmək istəyən tanınmış azərbaycanlı iş adamı Baxış Əliyevin (Vaxı) maraqlarından çıxış edib./unikal