Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Qafarov 16 oktyabr 2024-cü il tarixində Astara rayonu, Motlayataq kənd tam orta məktəbində Asxanakəran ərazi icra nümayəndəliyinə daxil olan kəndlərdə yaşayan vətəndaşları qəbul edib. Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının əsaslı təmiri, qazlaşdırılmayan kəndlərin qazlaşdırılması, iş yerləri və digər sosial problemlərlə bağlı olub. Vətəndaşların qaldırdıqları problemlərin bir hissəsi yerində həll edilib, digər problemlərin həlli ilə bağlı qanunvericiliyə uyğun müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı vətəndaşların nəzərinə çatdırılıb.