"Zaman keçdikcə insanlar Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki müstəsna rolunu daha dərindən dərk edərək, onun nə qədər uzaqgörən və dahi bir şəxsiyyət olduğunu anlayırlar. Bu baxımdan da Heydər Əliyev müasir Azərbaycan dövlətçilyinin memarı adlandırırlar. Məhz onun uzaqgörən, müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycan üzləşdiyi hərtərəfli siyasi, sosial-iqtisadi və dövlətçilik böhranından xilas olaraq inkişaf yoluna qədəm qoydu. Əgər Ulu öndər 1993-cü ildə çox mürəkkəb ictimai-siyasi proseslər dönəmində ağır məsuliyyəti üzərinə götürüb Azərbaycana rəhbərlik etməsəydi, bu gün biz tamam başqa bir vəziyyətlə üzləşə bilərdik. Torpaqları işğal olunub, parçalanmış bir vəziyyətlə üz-üzə qalardıq. O zaman Azərbaycanı üzləşdiyi bu ağır sınaqlardan yalnız Ulu öndər Heydər Əliyev xilas edə bilərdi və etdi də. Onun hakimiyyətə gəlişindən sonra Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, gələcək inkişaf strategiyasını müəyyən edib, onun həyata keçirilməsi üçün mühüm addımlar atdi".
Bunu "Ölkə.Az"a açıqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, bu baxımdan biz Ulu öndəri müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi kimi də dəyərləndirə bilərik. "Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə hüquqi dövlətin sarsılmaz əsaslarını qoyuldu və bu istiqamətdə ciddi islahatlar həyata keçirildi. Bununla paralel olaraq ölkənin iqtisadi müstəqilliyin təmin olunması istiqamətindən strategiya hazırlanıb həyata keçirilməyə başlandı. Azərbaycanın müasir dövrün iqtisadi reallıqlarına uyğun, bazar iqtisadiyyatının tələbləri əsasında iqtisadi islahatların həyata keçirilib iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatlar Heydər Əliyevin siyasətin prioritetinin təşkil edirdi.
1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” ni isə nəinki gələcək inkişafında, o cümlədən Azərbaycanın təhlükəsizliyi baxımından mühüm tarixi əhəmiyyət kəsb edən bir sənəd oldu. Bu müqavilənin imzalanması ilə Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoymuş oldu. "Əsrin müqaviləsi"nin imzalanmasından sonra qısa zaman kəsiyində Azərbaycan sürətli inkişaf mərhələsi qədəm qoymaqla, dünyanın ciddi maraq dairəsində olan bir ölkəyə çevrildi. Heydər Əliyevin uğurlu neft strategiyası qısa zamanda öz bəhrəsini verməyə başladı. Məhz bu müqavilənin imzalanmasından sonra ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi layihələrə reallaşdı"- deputat qeyd edib.
O əlavə edib ki, bundan sonra ölkə iqtisadiyyatına milyardlarla dollar həcmində xarici sərmayə yatırılmağa başlandı. "Ölkədə siyasi və iqtisadi sabitliyin yaranması, milli həmrəyliyin yaranmasına gətirib çıxardı. Milli həmrəyliyin yaranması isə Azərbaycanın qarşısında duran vəzifələri, problemləri və hədəflərin həllində müstəsna rol oynadı. Əsas hədəf Azərbaycanın enerji resurslarından düzgün istifadə etməklə güclü iqtisadiyyata, qüdrətli orduya, dünyada nüfuz sahibi olan ölkəyə çevirməklə Qarabağ kimi problemi həll etmək idi. Bütün bunların bünövrəsi məhz Ulu öndər Heydər Əliyevin dövründə qoyuldu. Sadəcə ömür bu hədəflərə nail olmaq ona vəfa etmədi, Amma bu hədəfləri yerinə yetirməyə qadir layiqli siyasi varisini müəyyən etdi. Bu, cənab Prezident İlham Əliyev idi. Ulu öndər Heydər Əliyev İlham Əliyevin potensialını, bacarığını və necə bir lider olacağını və yarımçıq qalan planlarını həyata keçirəcəyinə inanırdı və buna əmin idi. Təsadüf deyil ki, Ulu öndər 2003-cü ildə keçirilən prezident seçkilərində Azərbaycan xalqına etdiyi müraciətində deyirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, məhz belə də oldu. cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoydu və qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində dayanmadan fəaliyyət göstərdi. Və nəticədə Azərbaycan dünyada güclü iqtisadiyyata, qüdrətli orduya və dünyada nüfuzlu, onunla hesablaşılan bir dövlətə çevrildi. Ermənistanın Azərbaycana işğalçılıq siaysətinə son qoyuldu və ərazi bütövlüyü təmin edildi. Hazırda Azərbaycan dövlətçiliyi yeni bir inkişaf mərhələsini, quruculuq və dünyanın nüfuzlu, inkişaf etmiş ölkələrindən birinə çevrilmək mərhələsinə qədəm qoyub. Cənb Prezident İlham Əliyevin rəhbərliyi altında bu yolda uğurla irəliləyir. Əminəm ki, ən qısa zamanda Azərbaycan bu hədəflərinə də nail olacaq. Bütün bunlar məhz Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiya əsasında həyata keçirilir. Bax, buna görə də Ulu öndər Heydər Əliyev zamana sığmayan lider kimi dəyərləndirilir və bir həqiqətdir. Azərbaycan dövləti var olduqca onun xidmətləri daha da yüksək qiymətləndiriləcək".