Müasir Müsavat Partiyası gəncləri təbrik etdi

Müasir Müsavat Partiyası olaraq hər bir gənci 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə təbrik edir və hər birinizə ən səmimi arzularımızı bildiririk.

Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Azərbaycan gənclərinə ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev də daim Azərbaycan gənclərinə xüsusi qayğı ilə yanaşmış, dövlətin gənclər siyasətinə böyük önəm vermişdir.

Bu gün qürurla deyə bilərik ki, azərbaycançılıq ideyaları əsasında tərbiyə almış gənc nəsil ölkəmizdə bütün sahələrin inkişafında mühüm rol oynayır. Gənclərimiz Azərbaycanın davamlı inkişafı, həyatımızın daha da müasirləşməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər. İnanırıq ki, onlar bu yolda inamla irəliləyəcəklər.

Dahi şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə də gənclər haqqında fikirlər deyib. Rəsulzadə gənclər haqqında belə deyib:
Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı.

Həqiqətən də siz gənclər bizim yalnız gələcəyimiz deyil, həm də bu günümüzsünüz. Əminik ki, gənclərimiz xalqımıza, şanlı tariximizə, milli dəyərlərimizə sadiq qalacaq, Vətənimiz Azərbaycan adına bir çox qürurverici uğurlara imza atacaqdır.

Çox üzvümüzün gənclərdən ibarət olduğu partiyamıza da bütün gəncləri dəvət edirik. Eləcə də ölkədən gedən gənclərin ölkəyə geri dönməsini arzu edirik. Bununla belə narazı olan gənclərimizin də narazılıqlarının həll edilməsini arzulayırıq.

Gününüz mübarək Gənclər!