Mübariz Qəhrəman oğlu Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sabahinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mübariz Qurbanlı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, bu gün M.Qurbanlının 70 yaşı tamam olur.