Müdrik Lider, böyük strateq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Kürdəmir rayonunun Karrar, Garıs-Əyribənd, Ərşəli, Mehdili, Öyləqulu, Dayıkazımlı və Qoçulu kəndlərinin seçiciləri ilə  görüş keçirilib. 

Görüşlərdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, təşviqat qrupunun üzvləri Vasif Məmmədov, Nurəddin Astanov və Sənan Ələsgərov çıxış ediblər. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək ölkəmizə parlaq qələbə bəxş edən qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.