"Konstitusiya Məhkəməsinin digər üzvləri var ki, onların 70 yaşı tamam olub və üstündən xeyli vaxt keçib. Amma onlarla bağlı yeni təqdimatlar daxil olmur".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, tək Konstitusiya Məhkəməsində deyil, digər dövlət orqanlarında da qanunla müəyyən olunmuş yaş həddini aşan insanların vəzifədə qalmasını görür:
"Hesab edirəm ki, Azərbaycanda kifayət qədər hazırlıqlı, kariyera yüksəlişi gözləyən hüquqşünaslar var. Onlar vəzifələrə təyin oluna bilər. Əgər reallıqda bunu etmək mümkün deyilsə, onda qanunları dəyişmək lazımdır. O cümlədən, "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edib 70 yaşı çıxarmaq laızmdır. Yaxud digər dövlət orqanlarında vəzifəli şəxslərlə bağlı yaş məhdudiyyətini aradan qaldırmaq lazımdır. Ona görə ki, dövlət hakimiyyəti orqanları qanunlara əməl etməyəndə, bu, vətəndaşlar üçün pis nümunə olur. Təklif edirəm ki, tezliklə müvafiq icra hakimiyyəti orqanı ilə müzakirə aparaq və qanunları mövcud reallıqlara uyğunlaşdıraq".