Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərini maksimum dərəcədə nəzərə almağa əsaslanır. Ulu öndər Heydər Əliyev ölkənin xarici siyasətinin prioritetlərini ən incə məqamları belə nəzərə alaraq müəyyənləşdirib. Ötən illərin təcrübəsi göstərdi ki, Ümummilli Liderin formalaşdırdığı müdrik siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zamanın bütün tələblərinə cavab verir. Azərbaycanın demək olar ki, dünyanın bütün dövlətləri ilə qarşılıqlı və sıx əlaqələri mövcuddur.
Bir çox dövlət başçıları Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində Azərbaycanın güclü və qüdrətli dövlət olduğunu beynəlxalq tirubunalardan belə heyranlıqla səsləndirirlər. Azərbaycanın mehriban dostluq və əməkdaşlıq əlaqələri qurduğu ölkələrdən bir də məhz Taciksitandır. Azərbaycan və Tacikistan arasında olan qarşılıqlı və sıx münasibətlərin uzun tarixi vardır. Hər iki dövlət daima dövlətlərarası qarşılıqlı fəaliyətində dosltuq prinsiplərinə əsaslanan sadiqlik nümayiş etdirmişdir. Eyni zamanda iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) Səfirliyi təsis edilmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Bildiyimiz kimi, cari ilin aprelin 5-də Prezident Tacikistana dövlət səfərinə gəlib. Dövlətimizin başçısı cənab İlham Əliyev səfər çərçivəsində Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib. Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra bir sıra dövlət səviyyəli sənədlərin imzalanması mərasimi olub. Daha sonra Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev geniş və məzmunlu çıxışı ilə ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu ictimaiyyətin diqqətinə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, Tacikistanda-Heydər Əliyevin xatirəsi ehtiramla yad edilən qardaş ölkədə danışmaq mənə xüsusilə xoşdur: “Emoməli Şərifoviçin dediyi kimi, gələn ay biz Azərbaycan dövlətçiliyinin banisinin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Mən tacik qardaşlarımıza təşəkkür edirəm ki, Heydər Əliyevin xatirəsi Tacikistanda da qeyd ediləcək. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur. Mən əsla şübhə etmirəm ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Biz hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik.”
Bəli, dövlət başçılarının səmimi prinsiplər əsasında davam edən çıxışları bir daha onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətlər möhkəm bağlardan ibarətdir.
Bütün bunlar ölkənin xarici siyasət kursunun səmərəliliyi və uzaqgörənliyini təsdiq edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətinin əsaslarını bütün müasir tələbləri nəzərə alaraq hazırlayıb. Sevindirici haldır ki, dahi Heydər Əliyevin təməlini qoyduğu bu çətin və şərəfli iş dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rafiq Əliyev,
YAP Yevlax rayon təşkilatının sədri