Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və 2024 cü il ücün elan olunuş kicik qrant müsabiqəsinin qalibi kimi “Dünya Azərbaycanlılaın Həmrəyliyinə Dəstək” ictimai birliyi təşkilatı tərəfindən, 29 iyun 2024 il tarixində Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən “Münhen Azərbaycanlıları mədəniyyət mərkəzində, “Xaricdəki Azərbaycan diaspora təşkilatlarının və lobbiçilik institutlarının təkmilləşdirilməsi” adlı layihə cərcivəsində tədbir təşkil olunacaqdır. Tədbir zamanı Azərbaycanın milli maraqları baxımından xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının və lobbiçilik institutlarının təkmilləşdirilməsi, fəaliyyətlərinin stimullaşdıraraq yenidən qurulmaları və prioritet istiqamətlər üzrə fəaliyyətlərinin tənzimlənmələri istiqamətlərində mühüm işlərin, tədbirlərin görülməsinə barədə danışalacaq. Eyni zamanda xarici ölkələrdə fəaliyyətdə olan Azərbaycan icmalarının yeni tərzdə, daha aktıv işləmə proqramları ilə, calışma problemləri bu sahədə günümüz ücün aktual problemi kimi qalır. Xaricdəki Azərbaycan ictimai birliklərinin yenidən proqram şəkilində formalşmaları, onların stimullarının tənzimlənməsi,soydaşlarımızın birlik, həmrəyliklərinin təşkili məsələləri,həm də Azərbaycanın dövlət maraqları baxımından cox vacibdir, Azərbaycanın xaricdəki icma təşkilatlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətlərinin əlaqələndirilməsi, xarici ölkələrdəki diaspora təşkilatlarımızın müasir tələblərə uygun formalaşması sahəsində mühüm işlər görülməsi barədə nəzəri və elmi-proktiki cıxışlar olunacaq.Tədbirdə Almaniyada yaşayan soydaşlarımızın və bu ölkədə təhsil alan tələbə gənclərimizin də iştirakı gözlənilir.