Müşfiq Məmmədli qəbul keçirdi

44 saylı Sumqayıt -Xızı seçki dairəsinin deputatı olaraq Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında yerləşən qərargahımızda ərazi üzrə növbəti vətəndaş qəbulu keçirdik. Qəbula gələn vətəndaşlar məşğulluq, məhkəmə, sağlamlıq və s. mövzularla bağlı müraciət ediblər. Vətəndaşlar dinlənildikdən sonra qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb, aidiyyəti qurumlara müraciət edilib. Bir sıra məsələlər isə şifahi müraciətimiz əsasında öz həllini tapmışdır. 

Qeyd edim ki, vətəndaş qəbulu hər ay qərargahımızda həmçinin təmsil etdiyim Xızı rayonunda keçirilir. Qəbula gəlmək üçün 0502779684 nömrəsi ilə əlaqə saxlamağınız rica olunur.

Müşfiq Məmmədli

Milli Məclisin deputatı