Müşfiq Məmmədli qəbul keçirib

44 saylı Sumqayıt - Xızı seçki dairəsinin deputatı olaraq ərazi üzrə vətəndaş qəbulu keçirdik. Vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinlədik, qayğıları ilə maraqlandıq. Vətəndaşlar əsasən kommunal, işlə təminat, sağlamlıq və digər mövzularla bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.

Müşfiq Məmmədli
Milli Məclisin deputatı