Müşfiq Məmmədli qəbul keçirib - FOTOLAR

18.02.2025-ci il tarixində Quba rayonunun Səbətlər, Təngəaltı kəndlərində vətəndaşlarla növbəti görüşümüzü keçirdik.

Görüşdə kənd sakinlərini maraqlandıran və kəndlərin cari problemləri müzakirə olundu, səlahiyyətimizə uyğun məsələlər qeydiyyata götürüldü və müvafiq təşkilatlar qarşısında problemlərin həlli üçün məsələlər qaldırılacaq. Eyni zamanda Səbətlər kənd orta məktəbi, Təngəaltı kənd orta məktəbində müəllimlər, şagirdlər və onların valideynləri ilə  ölkəmizdə təhsildə həyata keçirilən tədbirlər, kənd sakinlərini maraqlandıran məsələləri müzakirə etdik.

Müşfiq Məmmədli
Milli Məclisin deputatı