Müşfiq Məmmədli şəhid ailəsini ziyarət edib

14 oktyabr 2024 cü il tarixdə Siyəzən rayonunda 44 günlük müharibə zamanı gedən döyüşlərdə şəhid olan Əzimov Saatmirzə Feyruz oğlunun ailəsini ziyarət etdik. Şəhidimizin qəhrəmanlıq yolu ilə bir daha tanış olduq, ailəsinə başsağlığı verdik.

Şəhidlərimizin göstərdiyi güc və fədakarlıq hər birimiz üçün bir örnəkdir. Biz şəhid ailələrinin dərdlərini paylaşır, hər zaman onların yanında olduğumuzu bildirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Müşfiq Məmmədli
Milli Məclisin deputatı