Diaspor rəhbəri Kazanda Daşkənd – Moskva – Bakı velosiped yürüşü keçirən özbək opera müğənnisi Xursand Şerovla görüşüb
Avqustun 5-də Tatarısatının Kazan şəhərində “Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurasının üzvü, Leninoqorsk şəhəri və Leninoqorsk vilayətinin “Birlik” Azərbaycan Milli Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov bariton, Özbəkistanın tanınmış opera müğənnisi Xursand Şerovla görüşüb (maar85.ru). Qeyd edək ki, Xursand Şerov təkcə opera müğənnisi deyil, həm də səyyahdır. 2015-ci ildən o, velosipedi ilə dünyanın yarısını gəzib. Onun hazırki Daşkənd – Moskva – Bakı velosiped yürüşü SSRİ Xalq artisti, bariton, dahi müğənni Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunub.
Ramiz Məmmədov “Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası adından Xursand Şerova pul mükafatı, təşəkkür məktubu və üzərində Azərbaycan bayrağı olan çanta təqdim edib.
Yaradıcılıq görüşündə Xursand Müslüm Maqomayevin repertuarından “Azərbaycanım”, “Mavi əbədiyyət”, “Ay dəniz, dəniz” mahnılarını ifa edib. Sonda Xursənd hər kəsin sevimli mahnısı olan “Ah, bu toyu oxuyub rəqs edib” mahnısını ifa edib.