Mustafa Şentop Azərbaycana gələcək

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycana səfər edəcək.

Sabahinfo.az apa-ya istinadən xəbər verir ki, səfər 16-18 may tarixlərində baş tutacaq.

Səfər çərçivəsində Mustafa Şentop qeyd olunan tarixlərdə Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) iclasında iştirak edəcək.