“33 il öncə dövlətimizin müstəlliyinin bərpa edilməsi çox önəmli hadisələrdən biridir”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında sədr Sahibə Qafarova deyib.
Qeyd edib ki, ötən əsrin 90-ci illərində ölkəmiz çox ağır vəziyyətlə qarşılaşmış, ölkə həyatının bütün sahələrində problemlər yaranmışdı.
“1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın qarşılaşdığı problemlərin qarşısını almağı bacardı”.