Nümunəvi vətəndaş “Şöhrət” və “Şərəf” ordeni alar dövləti tərəfindən, bu yolda xidmət edər, hayasızlıq edib, daha sonra özünə saxta "siyasi" məhbus, "vicdan" məhbusu adı qoymaz. Bu insanlar sirr deyil ki, digər insanlara "Mən cinayətkar deyiləm, arxamca rahat gələ bilərsiniz" ismarıcını verirlər özlərinə sözügedən adları qoymaqla". Sırf cinayət əməlinə görə həbs edilən, əvvəllər məhkumluğu olan bu şəxslər niyə özlərinə "siyasi" məhbus, "vicdan" məhbusu deyirlər, məqsədləri nədir? Təbii ki, bu özünü təsəllidən başqa bir şey deyil və digər insanları aldatmağa hesablanmışdır. Bu gün dünyada, eləcə də ölkəmizdə hər hansısa müxtəlif sahələr üzrə, qeyri-rəsmi fəaliyyət göstərən müxtəlif şəxs və şəxslər var. Bu insanlar çapdan A4 vərəqi ölçüsündə bir kağız çıxarırlar, orada istədikləri şəxsin ad və soyadı yazırlar və qeyd edirlər ki, həmin şəxs hansısa kursu güya bitirib, ona "sertifikat" verilir, eləcə də digər "titul" və "mükafat"lar da bu və buna bənzər yollarla verilə bilir, verilir. Yəni bu gün hətta "sənəd"lərlə (saxta sənədlərlə) bir çox insanlar göstərirlər ki, güya hansısa titullar, mükafatlar, sertifikatlar alıblar. Bu əziyyət çəkmək istəməyən insanların marağı əsasında yaranan bir haldır, müxtəlif dələduz şəxslərdə bu məqamdan öz xeyirləri üçün istifadə edirlər. Rəsmi qurumlar tərəfindən, dövlət tərəfindən zəhmətkeş insanlara zaman-zaman bu kimi qanuni sertifikat, titul və mükafatlar verilir, tənbəl insanlarda da buna maraq yaranır, asan yollarla yalnız saxta sənədlər üzərində olan "nailiyyət"lər əldə etmək eşqinə düşürlər və dələduzlarda bu fürsətdən yararlanmağa başlayırlar. İndi sual yaranır bu "siyasi" məhbus, "vicdan" məhbusu və.s müxtəlif mənşəyi məlum olmayan digər adları kim verir bu insanlara, mənbə haradır? Kim verir və hansı maraqları üçün bu addımı atırlar? Bu adı, bu insanlara verən hər hansısa saxtakarlar necə əmin ola bilirlər ki, bu insanlar öz ölkələrində cinayət törətməyib? Bu insanların özlərinin, özlərinə bu adı verməsi istisna deyil. Dəfələrlə bəyan olunub ki, Azərbaycanda siyasi məhbus yoxdur, saxlanılanların əməli ictimaiyyətə açıqlanıb, həm qanun qarşısında, həm də ictimaiyyət önündə sübuta yetirilib ki, bu insanlar konkret olaraq hər hansısa cinayət əməlinə görə saxlanılıb və həbs olunublar. Bu insanlara saxta "siyasi" məhbus adını verən şəxs və şəxslər anti-Azərbaycan qüvvələr tərəfindən ya idarə olunurlar, yaxud da özləri helə anti-Azərbaycan təbliğatı aparmaqda maraqlıdırlar. Məlum deyil sadəcə, bu adlar hardan peyda olur və kimlər tərəfindən bu insanlara verilir, nə deməkdir "vicdan" məhbusu, axı heç bir məntiqi anlamı yoxdur bu sözün, bu insanlar niyə əsrlər öncəyə gedirlər, sonrada demokratiyadan dəm vururlar? Bu insanların arxasınca gedən insanlar, əsasəndə gənclər anlamalıdırlar ki, ömrünü, gəncliyini boş yerə xərcləyirlər, yaşa dolduqca peşman olacaqlar, niyə məhz faydalı işlərlə məşğul olmağa zaman var ikən, olmadıqlarına görə. Bu insanlar Vətənə xain insanlardı, qrant qarşılığında ölkəmizə yerləşdirilən cəsuslardı, bildiyimiz cəsuslar. Bu insanları maddi təmin edən qüvvələrin Azərbaycana qarşı anti-təbliğat maraqları bitəndə, bu insanlarla yollarını ayıracaqlar, ayırırlar. Bu insanlar heç öz təhlükəsizliyi, həyatları və gələcəkləri üçün zəmanəti olmayan, xəyanət yolundadırlar. Bu insanlar həm də savadsızdırlar, adicə doğru yazı qaydalarını, Azərbaycan dilində olan sözlərin düzgün yazılışını və tələffüzünü orta səviyyədə heç bilmirlər. Guya kitab yazırlar, bununla özlərini xalqa savadlı kimi təqdim etməyə çalışırlar, əslində isə hamısı yalan və oyundur, onların kitab yazmasında və çap edilməsində anti-Azərbaycan qüvvələrin əli və dəstəyi var. Doğru və məntiqli cümlə qura bilməyən bu insanlar (bəziləri alkoqolik olanlar), kitabında hansı fikiri oxuyucuya doğru çatdıra bilərlər, yaxud şüurlu ağılın məhsulu o kitablarda ola bilərmi? Təbii ki, onların yazdıqları kitablar gəncləri uçuruma aparar, tüfeyli həyata alışdırar.
Mircalal Mehdiyev