Nahid Cəfərovun getdiyi xəyanət yolu...

Ələkrəm Hümbətov 1993-cü ilin avqustunda ölkədə mövcud olan gərginlikdən sui-istifadə edərək Cənubda yerləşdirilmiş hərbi hissələri, icra aparatlarını və hüquq-mühafizə orqanlarına tabeçiliyi ələ keçirib. Daha sonra Azərbaycanın tərkibində "Talış-Muğan Respublikası"nın yaradıldığını elan edib və mərkəzi hakimiyyətlə güc mövqeyindən dialoq aparmağa cəhd göstərib. Hal-hazırda Hollandiyada mühacirətdə yaşayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü əlehinə, milli maraqlarına zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılan Ələkrəm Hümbətov, 2013-cü il sentyabrın 24-də İrəvana "Talış-Muğan Respublikasının prezidenti" kimi səfər edərək İrəvan Dövlət Unversitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışını edib və daha sonra o zaman işğal altında olan Qarabağa səfər edərək Xankəndində yerləşən universitetlərin birində çıxış edib. 

Bu "yol"u (xəyanət yolunu) gedən insanlar, "yol"un sonunda birmənalı şəkildə peşman olurlar, boşa getmiş həyatına görə, ömrünün sonlarını böyük təəssüf hisləri keçirərək yaşamalı olurlar və ən pisi isə Azərbaycan xalqı, milləti tərəfindən böyük nifrət qazanmış olurlar. Öldükdə isə son mənzilə, Azərbaycan Respublikasının keçmiş prezidenti, 1990-cı ilin yanvar hadisələri zamanı rus ordusunu Bakıya dəvət edən, Azərbaycan xalqının qanını axıdan, vətəninə, dövlətinə, xalqına, millətinə xəyanət etmiş Əbdürrəhman Vəzirov kimi çox soyuq, mənasız və bir kimsənin göz yaşı axıtmadığı tərzdə yola salınır və vətəndən kənar bir yerdə dəfn olunurlar. Onlara vətən torpaqlarında dəfn olunmaq qismət olmur. 

Aşağıdakı yazımda daha ətraflı haqqında bəhs etdiyim Nahid Cəfərov adında şəxs isə şüuraltı təsirlə, əsasən Lənkəran camaatının sadiq qaldığı müqəddəs dəyərlərə rişğənd edərək (ələ salaraq, lağa qoyaraq) onları bu dəyərlərə sadiq qalmamağa səsləyir. Bu əməlində həm fikrini dəyişdirmək istədiyi insanlara qarşı və həm onların sadiq qaldığı müqəddəs dəyərlərə qarşı açıq-aşkar aşağılayan və təhqiramiz ifadələr işlətməkdən belə çəkinmir. 

N.Cəfərov ümumən Azərbaycanın milli-mənəvi dəyərlərini, xalq tərəfindən müqəddəs hesab edilən dəyərləri aşağılayıcı şəkildə, təhqiramiz bənzətmələrlə Qərb dəyərləri ilə müqayisə edir, Qərb dəyərlərinin daha "yaxşı" olduğunu önə çəkir. 

N.Cəfərov uzun müddət yaşadığı, tam orta məktəb təhsilini də bitirdiyi Lənkəranda, insanlar tərəfindən insanlara qarşı sevgisizliyi ilə yadda qalmışdır. Millətini sevməyən N.Cəfərovun vətəninə, dövlətinə xəyanəti təəccüb doğurmur. Xəyanət etdikdən sonra, Hollandiya Respublikasında anti-Azərbaycan qüvvələri tərəfindən maliyyələşən N.Cəfərovun Azərbaycan xalqına qarşı qəlbində qəfil peyda olan "sevgi" "təsadüf"mü, "həqiqət"mi yoxsa saxta sevgimi bu haqda və onunla bağlı digər məsələlər haqqında aşağıdakı məqaləmdə təfərrüatıyla yazmışam. 

Onun vətən üçün burnunun ucu göynəyir. 

Əyri yola insanları dəvət etməklə vətən üçün burnunun ucu göynəyən N.Cəfərov, çəkdiyi vətən həsrətini ovutmaq üçün özünə həmdəmmi gəzir?! 

Xarici ölkədə oturub, öz maraqları naminə xalqa saxta sevgi göstərən N.Cəfərov anlamalıdır ki, bununla, çəkilən vətən həsrətini ovutmaq qeyri-mümkündür.  Azərbaycan Respublikasının Lənkəran rayon Şürük kəndində məskunlaşmış, ömrünün bir hissəsini həmin kənddə yaşamış, hal-hazırda Hollandiya Respublikasında məskunlaşan videodakı Nahid Cəfərov adında şəxs, yerini dəyişmək, başqa yerdə məskunlaşmaqda ustadır, bunun, ona, atasından irsi keçdiyini demək olar. Çünkü atasıda illər öncə Lənkəranın başqa bir kəndindən, Şürük kəndinə gəlmiş və orda məskunlaşmışdır. Bu şəxslə demək olar ki, həmkəndli olmuşuq, ona görə onun haqqında müəyyən bilgilərə sahibəm və yazacaqlarımı qərəzsiz yazmaq niyyətindəyəm. Çünkü "saxtakar"lıqda ittiham üçün, zərrə qədər belə ip ucu qoymaq niyyətində deyiləm. N.Cəfərov adında bu şəxs Lənkəranda yaşayan zaman sıravi insanlarla salamlaşmaz, onlara yuxarıdan aşağı baxardı. Adətən insanlarla bucür davranan insanın ya yüksək vəzifəsi və yaxud çoxlu pulu olur, N.Cəfərov da isə bunların heç biri yox idi, kasıb bir ailədən idi. Lakin insanları bəyənməmək, onlara salam verməmək, onların salamını çox zaman almamaqla insanlara sevgisinin olmadığını hər zaman açıq-aşkar nümayiş etmişdir. Ən yaxşı halda insanlara şüuraltı verdiyi ismarıc belə olmuşdur "sizin kimi aşağı savada malik, aşağı səviyyəli insan deyiləm". N.Cəfərov adında bu şəxs Azərbaycan dövləti hesabına pulsuz təhsillər alaraq, Azərbaycan dövlətində müəyyən vəzifələrdə çalışmağa nail olmuşdur. Bundan sonra baş verənlər, "ot kökü üstə bitər" demiş atalar, N.Cəfərovun xəyanətkar xisləti özünü büruzə vermiş, Azərbaycan dövlətinə xəyanət etdikdən sonra, Hollandiya Respublikasından güya sıxınacaq istəmiş, əslində isə xəyanət etdiyi və ömrünün sonuna kimi öz dövlətinə qarşı video çıxışlar edəcəyinə söz verdiyi üçün, müqabilində Hollandiya Respublikasında "gözəl" yaşayışla təmin olunmuşdur anti-Azərbaycan qüvvələri tərəfindən. Bu şəxs hal-hazırda Azərbaycan vətəndaşlarına çox "səmimi" müraciət edir hər video çıxışında, çünkü insanlara ehtiyacı var, bu saxta səmimiyyətinə görə onu tanıyanlar tərəfindən tez-tez gülüş obyektinə çevrilir. Etibarlı mənbələrin və onun yaxınlarının dediyinə görə, bu şəxs xəyanət yolunu seçdiyi üçün peşmandır, onun Vətən üçün burnunun ucu göynəyir. Hal-hazırda anti-Azərbaycan qüvvələrinin maraqları üçün çalışır, buna görə aldığı nəvaciblə də dolanır, hərdən iz itirmək üçün bloqqerlik fəaliyyətiylə məşğul olmağa vaxtının olmadığını qəsdən dilə gətirir, halbuki tək qazanc yeri, göstərdiyi bloqqerlik fəaliyyətindəndir. N.Cəfərovun Lənkəranda yaşayan atasıda insanlara yuxarıdan aşağı baxır, Hollandiyadan göndərdiyi (Azərbaycan dövlətinə etdiyi xəyanət hesabına qazandığı) pullarla həm də atası dolanır. N.Cəfərov qeyri-təbii yollarla qazandığı pullardan, deyilənlərə görə ara-sıra atası üçün də göndərir. N.Cəfərov dəfələrlə özünü ələ verən çıxışlar etmiş, gah demiş "öz prinsiplərim var idi, bəyənmədiyim üçün müxalifətə keçdim", gah da demiş "hansısa iş yoldaşına görə, güya şərlənib həbs edilə bilərdi, ona görə ölkəyə gəlməkdən imtina etmiş, müxalifətə keçmişdir", bu və buna bənzər bir-birinə zidd olan çox çıxışlarına rast gəlinir, bu üzdən özünün xüsusi maraqlarına görə böyük yalanlar danışdığı asanlıqla hiss olunur, xəyanətkar mövqedə olduğu da açıq-aşkar görünür. Xəyanət etmiş şəxs, xəyanətkar mövqeyində nə qədər olarsa, bu zaman danışdığı bütün sözləri demək olar ki, biixtiyar yalan olacaqdır və yalanında ömrü 40 gün olar deyiminə əsaslanaraq, demək olar ki, bu insanın ifşa olması təbii hal idi. 

Hal-hazırda uzun müddətdir ki, müqəddəs Qurani-Kərim kitabı haqqında sosial şəbəkə hesablarında statuslar yazır və video çıxışlar edir, müqəddəs kitabın ayələrində "səhvlər" tapdığını iddia edir. Azərbaycanın milli mənəvi dəyərlərini bəyənmir, rişğənd edir. Eyni zamanda fahişəliyin, narkotik vasitələrin və psixotrop maddələrin ölkəmizdə leqallaşmasını "arzu" edir. Hansı ki, o şəxsin ölkəmizlə heç bir bağlılığı yoxdur, o üzdən ölkəmizlə bağlı "arzu"larını indidən puç arzular adlandırsaq yanılmarıq. Azərbaycan üçün nəzərdə tutduğu bütün "arzu"larına özünün məntiqi ilə izahlar verir və "yaxşı" nəticələri ilə öncədən insanları tanış edir, daha dəqiq desək insanları yanlış məntiqlə aldadır. Özü həqiqəti bilə-bilə gizlətdiyinin, danışdığı yalanlarına yanlış məntiqlə izahlar verdiyinin fərqindədir. Yazımın bu hissəsində, sırf onun əməllərinə aid olan, Qurani-Kərimdən bir ayəni qeyd edirəm: 

Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin. 

Bəqərə surəsi / ayə 42 

Azərbaycan dövləti adına haçan uğurlu sənədlər, Bəyannamələr imzalanarsa, bu şəxs yanlış şərhlər verməyi öz əqidəsinə çox asanlıqla, xəyanətkar mövqeyini sıxışdırdığı kimi, sıxışdırır, haqqa batil donu geyindirməkdən qətiyyən çəkinmir. Bu sənəd və Bəyannamələrin Azərbaycan dövlətinin bu günü, sabahı və 50 il sonrası üçün möhtəşəm faydalarının olduğunu özü ən yaxşı bilənlərdəndir. Təqdim etdiyim videoda isə əxlaqsız rəqsiylə sanki ismarıc verir, Azərbaycan xalqının mental dəyərlərini "korlamaq"da israrlı olduğuna. Çünkü videoda doğma öz qızıdır. Videonu özünə məxsus sosial şəbəkə hesabında paylaşmış (başqa yollarla əldə olunan video deyil), videonun şərh bölümündə insanlar tərəfindən onun unvanına çoxsaylı tənqidlər yazılmış, bu tənqidlərin heç birinin onun "vecinə olmadığını" cavab olaraq şərh bölümündə qeyd etmişdir. İlk özü ilə bunu ona görə edir ki, Qərb mədəniyyətini (Qərbin pis nəyi varsa onları) təbliq edən zaman, kimsə onu qınamasın, hərkəsin qabağına öncədən fakt qoyur ki, baxın "sizə məsləhət gördüyümü, özümədə rəva bilirəm" beləcə daha "səmimi" olduğunu insanlara çatdırmış olur. Onun xəyanətkar mövqeyinə yaraşan, çirkin əməllərini həyata keçirmək üçün özünün doğma qız övladını alət etməsi, Azərbaycan kişisinin özünə rəva bilmədiyi və başqalarında da görərsə qəzəbinə tuş gələcəyi hadisədir. Nisbətən əxlaqlı rəqs etməklə, ictimaiyyətə təqdim etməmək şərtiylə ailə daxili bu halın baş verməsi, normal hesab edilə bilər. Görünür bunu qəsdən hazırlayıb, nümayiş edir ona görə ki, danışığıyla təbliq etdiyi əxlaqsızlığı, "əməl"i ilə üst-üstə düşdüyü hərkəs tərəfindən bilsin. 

Bu şəxs nəyisə Azərbaycan hökumətində tənqid etdikdə, sabah tənqid etdiyinin əksi, təsadüfən onun "tövsiyyə" etdiyi kimi olanda, yenidən tənqid edir və bu dəfə ki, tənqidi, əvvəl ki, tənqidini inkar etmiş olur, özü bunun fərqindədir, yoxsa yox, bilinmir. Bütün bu qarışıq tənqidlərini, bir-birinə zidd çıxışlarını, bir-birini inkar edən fikirlərini və ən yaxın qohumlarının onun peşman olduğunu, onun vətən üçün burnunun ucunun göynədiyini deməsini əsas götürərək, digər yolunu azmaq istəyənlərə bir dərs, ibrət kimi təqdim etmək olar. Bu şəxs özüdə artıq bilir ki, danışdıqca daha çox batır, onun xəyanətkar mövqeyini örtə bilən bəhanələri artıq tükənibdir. Bütün xəyanətkar mövqeyində duran insanların aqibəti, həyatı bu sonluqla bitir. Bu yolun (xəyanət yolunun) sonu birmənalı şəkildə peşmançılıqdır. 

Qərbin 30 ilə yaxın Azərbaycan dövlətinə qarşı ikili standartları Azərbaycan xalqının, millətinin qüruruna zidd addımlar atması Azərbaycan xalqına yaxşı məlumdur, Qərbin qanunlarının Azərbaycanda da mövcüd olmasını istəyən N.Cəfərov, yəgin Qərbin saxtakarlıqlarını, ikili standartlarla yanaşma "bacarıqlarını", anti-demokratik addımlarını yox, "yaxşı" nələri varsa, onları yalnız rəva bilir ölkəmizə. Çünkü Azərbaycan dövlət başçısı Cənab Prezident İlham Əliyevin öz xalqına, millətinə aşıladığı "ləyaqət qələbədən vacibdir" prinsipini eşitməmiş olmaz. Məsəl var, deyir "avazın yaxşı gəlir, oxuduğun Quran olsa". İşin ümidsiz tərəfi ondan ibarətdir ki, N.Cəfərovun heç "avazı"da yaxşı gəlmir, çünkü "hədəf"inə çatmaq üçün müqəddəs Qurani-Kərim kitabından "səhv" tutmaqla "yol"a başlamış və ölkəmizdə fahişəliyin, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin leqallaşması "arzu"sundadır. N.Cəfərov anlamalıdır ki, (düşünürəm anlayır) Azərbaycan dövləti lazım gələndə özü qanunlar hazırlayır, tətbiq edir, Qərb və qeyri-Qərbdə Azərbaycan praktikasından özü üçün istifadə edir. Buna sübut üçün bir çox misallar çəkmək olar. Cəmi 44 gün ərzində qazandığımız şanlı qələbə bütün dünyaya səs saldı, Prezident İlham Əliyevin adı dünya hərb tarixinə əbədi olaraq həkk olundu, bundan sonra bir çox dövlətlər Ordumuzun döyüş taktikasını öyrənmək üçün bizə müraciətlər etmiş, praktikamızdan yararlanmaq istəmişlər. Azərbaycan dövləti hansı yolu tutduğunu yaxşı bilir, kənardan gələn heç bir "tövsiyyə"yə ehtiyacı yoxdur. N.Cəfərov anlamalıdır ki, xaricdə oturub, öz maraqları naminə xalqa saxta sevgi göstərməklə, çəkilən vətən həsrətini ovutmaq qeyri-mümkündür. 

Mircalal Mehdiyev
Lənkəran rayon Moğonojoba kənd sakini
05 May 2022-ci il