NASA Yerin asteroidlərdən qorunmasını sınaqdan keçirəcək

NASA ilk dəfə olaraq Yer kürəsinin potensial təhlükəli asteroidlərdən müdafiəsini sınaqdan keçirəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazıb.

ABŞ kosmik araşdırmalar agentliyi noyabr ayında digər bir asteroidlə toqquşaraq onun orbitini dəyişdirməsi gözlənilən asteroidlərdən birinə doğru xüsusi zondla təchiz edilmiş raket buraxacaqlar.

“SpaceX” şirkətinə məxsus “Falcon 9” daşıyıcı raketin “DART” zondu ilə birlikdə Kaliforniyadakı Vandenberq kosmik qüvvələr bazasından buraxılması 24 noyabr tarixində, ABŞ-ın Şərqi sahili saatı ilə 01:20-də (Bakı vaxtı ilə saat 10:20) planlaşdırılır.

Qeyd edək ki, 2016-cı ildə NASA Yer kürəsini asteroidlərdən qorumaq üçün tədbirlərin əlaqələndirilməsi bürosunu yaradıb və qurum bu yolla planet üçün təhlükə yarada biləcək asteroidlərin və kometaların axtarışlarını həyata keçirir.