NATO ölkələri Ukraynanın raketdən müdafiəsini artıracaqlar

Ukraynanın NATO müttəfiqləri Rusiyanın hücumundan sonra Kiyevə qabaqcıl hava hücumundan müdafiə silahlarının çatdırıldığını açıqlayıblar.

Qısa müddət ərzində ölkələr daha çox müdafiə sistemləri ilə bağlı öhdəlik götürüblər.

Böyük Britaniya, Kanada, Fransa və Niderlandın vəd etdiyi silahlar arasında raketlər və radarlar var.

ABŞ əvvəllər də oxşar öhdəlik götürüb. Almaniyadan yüksək texnologiyalı sistem bu həftə Ukraynaya aparılıb.

Britaniya Ukraynanın məlumat toplama və logistika imkanlarını dəstəkləmək üçün ona yüzlərlə PUA, eləcə də hava hücumundan müdafiə raketləri verəcək.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Lakin hansı sistemlərin göndəriləcəyi dəqiqləşdirilməyib.

Niderland Ukraynaya 15 milyon avro dəyərində hava hücumundan müdafiə raketləri tədarük edəcəyini bildirib.

Kanada isə peyk rabitəsi və dron kameraları da daxil olmaqla 47 milyon Kanada dollarından çox hərbi yardım göstərməyi öhdəsinə götürüb.