Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalar aparılır

Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb.

Sabahinfo.az apa-ya istinadən xəbər verir ki, fevralın 15-dən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hava limanında maliyyə yoxlaması aparılır. Bunu qurumun direktor müavini Rafael İbrahimov da təsdiq edib.

O bildirib ki, yoxlamalar mart ayının 18-dək davam edəcək.