Naxçıvan Muxtar Respublikasında daha bir nazirlikdə yoxlamalar başlayıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yoxlamalar aparır.
Hesablama palatasının iş qrafikinə uyğun olaraq 2021 və 2022-ci il dövrü yoxlaması aparılır.
Yoxlamalarla bağlı xəbəri Səhiyyə Nazirliyi APA-ya təsdiq edib.