"Naxçıvanda uşaq əməyinin istismarı hallarına rast gəlinir"- Komitə sədri

“Son bir neçə aydır ki, Naxçıvanda uşaq əməyinin istismarı halları ilə rastlaşırıq. Sahibkarlar uşaqları əmək fəaliyyətinə cəlb edirlər”.

Sabahinfo.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib

"Son 15 ilə yaxındır ki, burada cinayət məsuliyyətinə cəlb olunan uşaq yoxdur, erkən nikah məsələsi yox səviyyəsindədir. Bununla belə, son bir neçə aydır uşaq əməyinin istismarı hallarına rast gəlinir. Sahibkarlar uşaqları əmək fəaliyyətinə cəlb edirlər. Valideynlər də buna biganə yanaşırlar", - R.Seyidova bildirib.

O qeyd edib ki, Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir.