Naxçıvanın bəzi ərazilərində elektrik xətləri dəyişdirilib

Naxçıvanda uzun illərdir istismar olunan elektrik xətləri yenilənib.

Sabahinfo.az  Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə istinadən xəbər verir ki, 1969-cu ildən bu günə qədər istismarda olan 7,5 kilometrlik eletrik xətləri yenilənib.

Məlumatda “Əbrəqunus” hava elektrik verilişi xəttinin 3 kilometrlik hissəsi və həmin yarımstansiya ilə 35/10 kilovoltluq “Quşçuluq” yarımstansiyası arasındakı, “Quşçuluq” hava elektrik verilişi xəttinin 4,5 kilometrlik hissəsinin yenidən qurulduğu qeyd edilib.