Nazir onu Aparat rəhbəri TƏYİN ETDİ

Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı bir müddət öncə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, Tural Babayev Səhiyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək nazirin müşaviri olub.