Nazir: Peşə təhsilində köklü problemlər var

Azərbaycanda peşə təhsilindəki köklü problemlərin həlli istiqamətində işlər görülür.

Sabahinfo.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı bildirib.

"Bu gün Azərbaycanda peşə təhsilinin köklü problemləri var, bunun da həlli istiqamətində bir sıra işlər görülür. Əvvəl peşə təhsili bir insanın təhsil həyatında dalan rolunu oynayırdı", - o qeyd edib.